“2016-2020-ci illərdə
Azərbaycan Respublikasında gəmiçiliyin
inkişafına dair Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti bu sərəncamla təsdiq edilmiş Dövlət Proqramının həyata keçirilməsini təmin etsin və bununla bağlı görülən işlər barədə hər il Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
7 noyabr 2016-cı il
Azərbaycan.- 2016.- 9 noyabr.- S. 2.