IV Bakı Beynəlxalq Teatr Konfransı başa çatıb

 

Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə paytaxtımızda “Multikulturalizm və teatr” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 8-də işini plenar iclaslarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, günün ilk növbəti plenar iclası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, xalq artisti Azərpaşa Nemət və Litvanın tanınmış teatrşünası Violeta Podolskaytenin moderatorluğu ilə baş tutub. Çıxışlarda müasir dövrdə teatr identifikasiyası və teatrşünaslığın inkişafı üçün aktual olan məsələlərə toxunulub.

İranlı rejissor Əli Xoşqoftari “Gənc nəslin tamaşaları ictimai hadisə kimi” adlı məruzəsində qeyd olunan mövzuda əsas problemli məsələlərə toxunmaqla onların həll və inkişaf yollarından danışıb.

Rusiyalı teatrşünas Aysılu SaqitovaRifkat İsrafilov - Başqırd teatrının reformatoru”, Qazaxıstanın tanınmış teatrşünas rejissoru Gülnar Jumaseyitova “Yüzlərlə mədəniyyətin yer aldığı dünyada qazax xoreoqrafiyasının  milli özünəməxsusluğunun axtarışları”, İtaliyadan olan teatrşünas İrina MarkeziniKontora qayıdış. İtaliya təcrübəsi” və özbəkistanlı sənətşünas Temur Rəşidov “Mərkəzi Asiya mədəniyyətində və incəsənətində milliregional identifikasiya problemləri” mövzularında çıxış ediblər.

Plenar iclasın ikinci hissəsində Gürcüstan, Rusiya, Azərbaycan, Ukrayna və Macarıstandan olan teatrşünasların “Tbilisidə Azərbaycan teatrı - keçmişi, bu günü, gələcəyi və inkişaf perspektivləri”, “Müasir teatrda immersivlik təcrübələri”, “Multikultural dəyərlər və mədəniyyətlərarası dialoq”, “Müasir teatr sənətində festival formasının funksiyaları”, “Kalibanın epiloqu” və “Müasir Azərbaycan teatrının sosiologiyası multikultural dəyərlər aynasında” kimi mövzularda məruzələri dinlənilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Məryəm Əlizadə  və Yunanıstanın Aristotel Universitetinin Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvü, “Tənqidi səhnələr” veb-jurnalının baş redaktoru, professor Savas Patsalidisin moderatorluğu ilə reallaşan növbəti iclasdaTərcümə pyesləri Azərbaycan səhnəsində”, “Mən sadəcə başqasıyam”, “Multikulturalizm və qarışıq reallıq (Texnologiyalar sayəsində tamaşanın təsirini artırmaq imkanları), “Milli teatrlar çoxmədəniyyətli regionda”, “Uşaq və gənclər teatrlarının əhəmiyyəti” mövzularında çıxışlar dinlənilib.

Fasilədən sonra davam edən sonuncu plenar iclasda Peter Paxl (Almaniya) “Bayroyt və Bakı - Reynin qızılı və təmiz neft”, Azaliya Balqazina (Rusiya) “Çoxmədəniyyətlilik və teatrların nəzdindəki muzeylərin problemləri”, Şuntaro Yoşida (Yaponiya) “Yano Hideyukinin əsərləri: “Şahinin quyusunda” əsəri çərçivəsində əcnəbi və qarışıq mədəniyyətlərin təqdimatı”, Sayid Kazemian (İran) “Teatrsosial şəbəkələr”, Vasil Vovkun (Ukrayna) “Musiqili teatrlarda qarşılıqlı layihələr”, Atis Rozentals (Latviya) “Alvis Xermanisin “Brodski/Barışnikov” tamaşasına Latviya, ABŞ, İsrailRusiya mətbuatının reaksiyası” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirə yekun vuran konfransın təşkilat komitəsinin rəhbəri, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iki gün ərzində dinlənilən məruzələrdən, konfrans çərçivəsində keçirilən seminar, ustad dərsi və treninqlərdən, həmçinin Azərbaycan teatrının inkişafı naminə son illər görülən işlərdən söz açdı.

Bildirildi ki, tədbirdə 38 ölkədən 150-yə yaxın teatr mütəxəssisi iştirak edib.

Prezident İlham Əliyevin iştirakçılara ünvanladığı məktuba diqqət çəkən Ə.Vəliyev bildirib ki, bu bütövlükdə Azərbaycana, mədəniyyətimizə qarşı iştirakçılarda son dərəcə böyük rəğbət, sevgi hissləri oyadıb. İki gün ərzində qonaqlar multikulturalizm dəyərləri ilə yaşayan Azərbaycan xalqının yaşam tərzi, düşüncəsi, adət-ənənəsi ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər.

Ə.Vəliyev bildirdi ki, ölkə başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli sərəncamı, 2009-cu ildə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” milli teatrımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, kollektivlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından mühüm dövlət sənədləridir. Bu proqramdan irəli gələrək həm Bakıda, həm də regionlarda yeni teatr binaları inşa edilib. Bu gün respublikamızda 26 dövlət teatrı, “ÜNS” Yaradıcılıq Səhnəsi, bələdiyyə, özəl və 56 xalq teatrı fəaliyyət göstərir. Dövlət proqramında bütün bu teatrların inkişafı ilə bağlı məsələlər qeyd olunub.

Torpaqlarımızın işğal altında olduğunu, mədəniyyət nümunələrimizin dağıntılara məruz qaldığını söyləyən Ə.Vəliyev ölkəmizdə dünya praktikasında az rast gəlinən qaçqın teatrlarının mövcud olduğunu dedi. İrəvan, Şuşa, Ağdam, Füzuli teatrları hazırda bu vəziyyətdə fəaliyyət göstərirlər.

Konfrans müddətində 48 məruzənin dinlənildiyini diqqətə çatdıran Ədalət Vəliyev tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirdi.

 

Azərbaycan.- 2016.- 9 noyabr.- S. 6.