Azərbaycan Prezidentinə Həştərxan
Dövlət Universitetinin
Fəxri Professoru adı verilib
Həştərxan Dövlət Universitetində
(HDU) Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə bu ali məktəbin
Fəxri Professoru adı verilməsinə həsr edilmiş mətbuat konfransı keçirilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sahəsində Azərbaycanla
Həştərxan vilayəti
arasında fəal inkişaf etməkdə olan qarşılıqlı
əlaqələrə, Azərbaycanın
Rusiya ilə, o cümlədən Həştərxan
regionu ilə əlaqələrinin inkişafına
verdiyi böyük töhfə nəzərə
alınaraq HDU-nun Elmi Şurasının 24 oktyabr
2016-cı il tarixli iclasında ona bu ali məktəbin
Fəxri Professoru adı verilməsi haqqında qərar qəbul edilib.
HDU-nun rektoru Aleksandr
Lunyov bildirib ki, təhsil sahəsində əməkdaşlıq
müasir mərhələdə
Həştərxan vilayəti
ilə Azərbaycan Respublikası arasında münasibətlərin inkişafında
mühüm yer tutur. 200-dən çox Azərbaycan vətəndaşı
HDU-da iqtisadiyyatın müxtəlif sahələri
üzrə peşə
hazırlığı keçir.
Bundan əlavə, Rusiyadan olan 70-dən çox bakalavr və magistr Azərbaycan dilini xarici dil
kimi öyrənməklə
HDU-da təhsil alıb. Rektor daha sonra qeyd edib ki,
Həştərxandan olan
tələbələr Bakı
Slavyan Universitetində
və Azərbaycan Dillər Universitetində dil təcrübəsi keçirlər.
Azərbaycan.- 2016.- 11 noyabr.- S. 1.