Dövlət
Bayrağı Günü münasibətilə
klassik avtomobillərin paradı və sərgisi
keçirilib
Azərbaycan Avtomobil Federasiyası (AAF) noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradını və sərgisini təşkil edib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısından start götürən və Dövlət Bayrağı Meydanınadək davam edən yürüşdə Arzu Əliyeva və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, eləcə də klassik avtomobil həvəskarları iştirak ediblər.
Paradda 70-dən artıq
klassik avtomobil iştirak edib. Tədbirə klassik avtomobil sahibi olan şəxslər
də qoşulublar.
Klassik avtomobil həvəskarları
AAF-ın çağırışına
qoşularaq Dövlət
Bayrağı Gününə
həsr olunmuş yürüşdə iştirak
ediblər.
Xatırladaq ki, AAF klassik avtomobil sahiblərini parada iştirakçı
kimi dəvət edib. 1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri noyabrın 8-dək
qeydiyyatdan keçiblər.
Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş
klassik avtomobillər paytaxt küçələri
ilə yürüş
edərək sakinlərin
bayram ovqatını artırıb. Yürüş Dövlət Bayrağı
Meydanında başa çatıb.
Paradın davamı olaraq, Dövlət Bayrağı
Meydanında klassik avtomobillərin sərgisi keçirilib. Paytaxt sakinləri və şəhərimizin qonaqları
nadir eksponatlarla tanış olublar.
Bu parad və sərgi federasiyanın təşkil etdiyi silsilə tədbirlər sırasında mədəniyyət
irsi olan klassik avtomobillərin qorunmasına və təşviqinə yönələn,
eyni zamanda, Dövlət Bayrağı
Günündə xoş
əhvali-ruhiyyə yaradan
bir layihədir. AAF klassik avtomobillərlə bağlı bir sıra tədbirlər keçirib. Həmçinin Heydər Əliyev Mərkəzində federasiyanın
birgə layihəsi əsasında sərgi nümayiş etdirilir.
Bu il sərgini
minlərlə turist ziyarət edib.
Klassik avtomobillərin
qorunub saxlanılması,
dünya üzrə mədəniyyət irsi sayılması bəşəriyyətin
və elmin keçdiyi inkişaf yolunu göstərir. Hər bir
avtomobil öz istehsal ilinə uyğun olaraq elmin, texnologiyanın inkişafının həmin
dövrə görə
son mərhələsi hesab
edilir. Bəzi insanların bu
avtomobillərlə bağlı
xatirələri var. Ən
önəmli məsələ
isə ondan ibarətdir ki, bu avtomobillər, ümumiyyətlə, avtomobil
turizminin inkişafına
səbəb olur.
Bugünkü paradda ölkəmizdə
vaxtilə istifadə olunmuş avtomobillər iştirak edib. Ən köhnə avtomobil 1949-cu
ilin istehsalıdır.
“Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan
təmsilçisi Nigar
Camal təəssüratlarını
jurnalistlərlə bölüşərək
parad və sərginin yüksək səviyyədə təşkil
edildiyini bildirib və hamını Dövlət Bayrağı
Günü münasibətilə
təbrik edib.
Şəhər sakini və klassik avtomobil paradının iştirakçısı
Əlisəfa Zeynalov isə belə bir gündə retro avtomobili idarə etməyindən qürur duyduğunu bildirib. Əlisəfa Zeynalov 1962-ci ilin buraxılışı olan
sovet maşınını
idarə etməyin çətin olduğunu desə də, bu parada böyük
həvəslə qoşulduğunu
vurğulayıb.
Şəhər sakini Roza Mirzə
sərginin möhtəşəm
təşkil olunduğunu,
adamlarda nostalji hisslər oyatdığını
qeyd edib.
Klassik avtomobillər
uzun illərdən bəri öz şöhrətini nəinki
itirməyən, hətta
zaman keçdikcə daha da artıran
və tarixin müəyyən bir dövrünü özündə
yaşadan nəqliyyat
vasitələridir. Bu avtomobillərin
əsas özəllikləri
ən azı 30-35 il əvvələ
aid olması və az sayda istehsal
edilməsidir.
Klassik avtomobillərin
bu paradının xüsusi cəlbediciliyi var idi. Müasir Bakı
küçələri ilə
hərəkət edən
bu avtomobillər insanı sanki keçmişlə gələcəyin
qovuşduğu nöqtəyə
apardı. Beləliklə, uşaqdan böyüyədək
hamı Dövlət Bayrağı Gününün
sevincini birlikdə yaşadı.
Azərbaycan.- 2016.- 11 noyabr.- S. 5.