Azərbaycanda neft gəlirləri xalqın sosial rifahına xidmət edir

 

1997-ci il noyabrın əvvəlində “Çıraq” platformasından neft hasilatına başlandı. Bu, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi layihəsi çərçivəsində çıxarılan ilkin neft idi. Noyabrın 12-də bu münasibətlə platformada təntənəli mərasim keçirildi. Ulu öndər Heydər Əliyevin tədbirdə iştirak etməsi və AÇG tərəfdaşlarının nümayəndələri, neftçilər, xarici ölkələrdən gəlmiş qonaqlar qarşısında çıxış etməsi bu hadisənin önəmini bir daha təsdiqləyirdi.

1994-cü il sentyabrın 20-də imzalanmış AÇG yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi sonralar “Əsrin müqaviləsi” adını aldı. “Çıraq”dan neftin əldə olunması əslində, “Əsrin müqaviləsi”nin ilkböyük uğuru idi.

“Çıraq” platforması Xəzərdə, Bakı şəhərindən 120 kilometr şərqdə yerləşir. Onun dayaqları suyun 120 metr dərinliyində qərar tutub. Platformanın qurğularından quyuların qazılmasına 1997-ci ilin avqustunda başlanıb. Həmin ilin noyabrından, yəni ilkin neftin əldə olunmasından bəri “Çıraq”, təmir və profilaktika üçün ayrılmış qısa fasilələr nəzərə alınmasa, ahəngdar işləyir. Bu ilin birinci yarısında platformadan orta gündəlik hasilat 51 min barel təşkil edib.

Çıraqnefti 24 düymlük sualtı kəmərlə Səngəçal terminalına nəql edilir. Bu xəttin uzunluğu 154 kilometrdir. Terminalda neft tərkibindəki sulardan təmizlənir, çənlərə vurulur, sonra dünya bazarlarına yola salınır.

Çıraq”dan neft hasilatına başlanması ilk növbədə, “Əsrin müqaviləsi”nin reallığını, düzgün müəyyənləşdirilmiş strategiya olduğunu sübut etdi. Bu hadisə həm Azərbaycanın necə geniş əməkdaşlıq əlaqələri qurmaq, tərəfdaşlıq formatı yaratmaq qabiliyyətini bunun bəhrə verdiyini göstərdi.

Əsrin müqaviləsiimzalanandan cəmi üç il sonra həmin saziş çərçivəsində neft hasil olunması dünyada misli görünməmiş nailiyyət idi. Çünki istənilən sazişin imzalanmasından ilk neftin alınmasınadək olan dövr genişmiqyaslı işləri əhatə edir onların belə tez bir zamanda yerinə yetirilməsi nadir hallarda baş verir. Odur ki, mövcud “Çıraq-1” platformasının əsaslı təmir olunmasının, Xəzərin sahilində Səngəçal Qara dənizin sahilində Supsa terminalları yaradılmasının, hasil olunan nefti quruya çıxarmaq üçün sualtı boru xətlərinin çəkilməsinin üç ilə başa çatması əsl rekord idi.

Çıraqneft hasil edilən platforma anlayışı çərçivəsindən xeyli kənara çıxaraq sonralar məcazi olaraq həm böyük uğurlar platforması adlandırıldı. Belə ki, “Çıraq”dan sonra Xəzərdə, AÇG müqavilə sahəsində daha 7 platforma quraşdırıldı. Onlardan 4-ü “Azəriyatağında, 2-si “Dərinsulu Günəşli”də, 1-i isəQərbi Çıraq”da yerləşir. Bu qurğuların hamısının inşasında istismarındaÇıraq”ın təcrübəsindən geniş istifadə edilib.

Əsrin müqaviləsi”nin imzalanması ilk neftin əldə edilməsi, daha sonra - 1999-cu ildə Bakı-Supsa kəmərinin tikilməsi, 2002-ci ildə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinin təməlinin qoyulması 2006-cı ildə bu boru xəttinin istifadəyə verilməsi bir-birinin ardınca qazanılan böyük uğurlar idi. Bütün bunlarla paralel olaraq Azərbaycan dünyada həm qaz istehsal ixrac edən ölkə kimi tanınmağa başlamışdı. BTC ilə yanaşı çəkilən qaz kəməriŞahdəniz”dən çıxarılan mavi yanacağı 2006-ci ildə Gürcüstana, 2007-ci ildə isə Türkiyəyə çatdırdı. 2012-ci ildə Azərbaycan Türkiyə TANAP (Transanadolu Qaz Boru Kəməri) layihəsinin həyata keçirilməsinə dair razılığa gəldilər. 2014-cü ildəCənub qaz dəhlizi”nin təməli qoyuldu. 2015-ci ildə TANAP-ın, 2016-cı ildə isə TAP-ın (Transadriatik Qaz Boru Kəməri) tikintisinə başlandı. Ölkəmizin bu cür qlobal layihələri reallaşdırmaqla neft-qaz sahəsində qazandığı, dünyanı heyrətləndirən uğurlarının xronologiyası bax, belədir!

Azərbaycanın həyata keçirdiyi neft-qaz layihələri ölkənin böyük həcmdə valyuta ehtiyatları əldə etməsinə imkan verdi. Azərbaycan dövləti bu ehtiyatlardan səmərəli istifadə edərək onları ölkənin əsas inkişaf istiqamətlərinə yönəltdi. Beləliklə, Azərbaycanın iqtisadi inkişafı təmin edildi. İnsanların rifah halı yüksəldi. Eyni zamanda çoxsaylı infrastruktur layihələri icra edildi, sosial məsələlər öz həllini tapdı.

Hələ 1999-cu ildə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Dövlət Neft Fondu yaradıldı. Sonrakı illərdə ölkənin sosial-iqtisadi inkişafına yönəldilən daxili investisiyaların xeyli hissəsi məhz bu fondun hesabına formalaşdı. Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi, qaçqınlar məcburi köçkünlər üçün qəsəbələrin tikilməsi, bölgələrdə səhiyyə müəssisələrinin, təhsil ocaqlarının, idman obyektlərinin inşa edilməsi, yolların, körpülərin salınması məhz neft gəlirləri ilə həyata keçirildi.

Prezident İlham Əliyevin düşünülmüş gələcəyə hesablanmış iqtisadi siyasəti nəticəsində neft gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldildi. Bu vəsaitlərin bünövrəsiÇıraq”dan 19 il əvvəl hasil olunmasına başlanmış neftdən əldə edilən gəlirlərlə yaranmışdır.

Dünyada maliyyə böhranının hökm sürdüyü, neftin qiymətinin bir neçə dəfə aşağı düşdüyü şəraitdə Azərbaycan bir sıra digər ölkələr qədər çətinlik çəkmədi. Zaman göstərdi ki, Azərbaycan dövləti karbohidrogenlərin ixracından əldə olunan gəlirləri iqtisadiyyatın şaxələndirilməsinə yönəltməklə olduqca düzgün addım atıb.

Neft-qaz gəlirlərindən bəhs edərkən Prezident İlham Əliyev demişdir: “Bu imkanlardan səmərəli şəkildə istifadə etdik. Neftdən əldə edilən gəlirləri qeyri-neft sektoruna yönəltdik. Ölkə iqtisadiyyatını şaxələndirmək üçün böyük səylər göstərildi bu gün Azərbaycanın ümumi daxili məhsulunda neft amili təxminən 30 faizdən bir qədər çoxdur. Ümumi gəlirlərimizin əksəriyyəti qeyri-neft sektoru hesabına formalaşır. Ona görə vəsaitin şəffaf saxlanması idarə edilməsi üçün Dövlət Neft Fondu yaradılmışdır. Bu gün bu fond dünya miqyasında ən şəffaf, suveren neft fondlarından biridir. Aparılan bütün infrastruktur yenidənqurma işləri bir məqsədi güdürdü ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli olsun, biznes imkanları genişlənsin, neftdən qazdan asılılıq daha da aşağı düşsün. Biz bu istiqamətdə bu gün işləyirik. Bizim üçün bu gün ən önəmli vəzifə məhz bundan ibarətdir ki, uzunmüddətli dayanıqlı iqtisadi inkişaf konsepsiyamızı icra edək gələcəkdə, ümumiyyətlə, neftin qiymətindən asılı olmayaq”.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2016.- 12 noyabr.- S. 2.