Bakıda “Astana EKSPO-2017: Gələcəyin enerjisi” sərgisinin təqdimatı olub
Qazaxıstanın
Azərbaycandakı səfirliyinin təşkilatçılığı
ilə noyabrın 11-də Bakıda “Astana EKSPO-2017: Gələcəyin
enerjisi” sərgisinin təqdimatı keçirilib.
AZƏRTAC
xəbər verir ki, təqdimat sərgiyə hazırlıq
işləri barədə məlumatla başlayıb. “Astana
EKSPO-2017” milli şirkətinin
marketinq və təşviq departamentinin rəhbəri Saule Bulebayeva deyib ki, sərgi ölkəsinin turizmi üçün böyük
əhəmiyyət kəsb
edir. Belə irimiqyaslı sərgi
MDB məkanında ilk dəfədir
təşkil olunur.
İnanıram ki, bu sərgidə Azərbaycanla
turizm sahəsində geniş əməkdaşlıq
qurulacaq, – deyə S.Bulebayeva vurğulayıb.
Məlumat verilib ki, sərgidə 105 ölkə
və 18 beynəlxalq təşkilatın iştirakı,
habelə 5 milyon ziyarətçi gözlənilir.
Sərgi
çərçivəsində uşaqlar və böyüklər üçün
nəzərdə tutulan
3 mindən çox mədəniyyət tədbiri
keçiriləcək. Qazaxıstanın stendi ilə
yanaşı, “Gələcəyin
enerjisi” muzeyi də fəaliyyət göstərəcək. Sərgi üçün
bilet satışına
bu ilin avqustunda
başlanılıb.
S.Bulebayeva deyib: “Sərgidə
“Toyota Motors”, “Ford” kimi böyük
şirkətlərin iştirakı
gözlənilir. Həmçinin qonaqlar üçün “Böyük İpək Yolu”nun Qazaxıstandan keçən hissəsinə
tur təşkil ediləcək. Sərgidə iştirak edən ölkələrin milli mədəniyyət gününün
keçirilməsi nəzərdə
tutulur”.
Təqdimat videoçarxların nümayişi
ilə davam edib. Videoçarxlarda sərgi ilə
yanaşı, Qazaxıstanın iqtisadi
potensialı, tarixi, coğrafiyası və
mədəniyyəti haqqında məlumatlar yer
alıb.
AZƏRTAC
Azərbaycan.- 2016.- 12 noyabr.- S. 4.