Avtovağzal
kompleksi rayonun inkişafında
mühüm rol oynayacaq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də
Füzuli rayonunun Horadiz şəhərində inşa edilən
avtovağzal kompleksində yaradılan şəraitlə
tanış olub.
Prezident
İlham Əliyevin yürütdüyü siyasətin
mühüm hədəflərindən biri də Azərbaycanda
yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu
sırada yeni yaradılan avtovağzalların xüsusi çəkisi
var. Yeni və müasir səviyyədə inşa edilən bu
nəqliyyat obyektlərinin sırasına daha biri əlavə
olunub. Horadiz şəhərində yeni avtovağzal ən
müasir tələblər səviyyəsində tikilib.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı
avtovağzalın rəmzi açılışını
bildirən lenti kəsdi.
Prezident
İlham Əliyevə məlumat verildi ki, Füzuli Rayon
İcra Hakimiyyətinin sifarişi əsasında tikilən
avtovağzal kompleksinin ümumi ərazisi yarım hektardır.
Müasir memarlıq üslubunda inşa olunan avtovağzal
binasının tikinti sahəsi isə 450 kvadratmetrdir.
Binada
sərnişinlərin istirahəti üçün lazımi
şərait yaradılıb. Burada ulu öndər Heydər Əliyevin
və Prezident İlham Əliyevin müxtəlif illərdə
Füzuli rayonuna səfərlərini əks etdirən
fotolardan ibarət guşə var.
Avtovağzalda
sərnişinlərin rahatlığını təmin etmək
üçün 6 perron, 30 yerlik gözləmə zalı,
ictimai-iaşə obyekti, həkim otağı inşa edilib.
Burada ana və uşaq otağı da var. Kompleksin həyətində
avtobuslara texniki xidmət göstərilməsi
üçün açıq bokslar tikilib. Kompleksdə 25 nəfərin
daimi işlə təmin edilməsi nəzərdə tutulub.
Azərbaycan
Prezidenti avtovağzal binasının eyvanından Horadiz şəhərinin
mənzərəsini seyr etdi.
Qeyd
edək ki, dövlətimizin başçısının
tapşırıqlarına əsasən, paytaxtla
yanaşı, regionlarda da yol-nəqliyyat infrastrukturunun
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər müsbət nəticə
verməkdədir. Bu cür avtovağzal kompleksinin
yaradılması isə rayonun inkişafında mühüm
rol oynayacaq.
Azərbaycan.- 2016.- 13 noyabr.- S. 3.