Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar
avtomobil yolu yenidənqurmadan
sonra istifadəyə verilib
Noyabrın
12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Beyləqan rayonuna səfəri çərçivəsində
əsaslı yenidənqurma və bərpadan sonra istifadəyə
verilən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar
avtomobil yolunda yaradılan şəraitlə tanış olub.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı
yolun texniki göstəricilərini, görülən işləri
əks etdirən stendlərə baxdı.
“Azəravtoyol”
Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov
yolun texniki-iqtisadi göstəriciləri barədə Prezident
İlham Əliyevə məlumat verdi.
Birinci
Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun
tikintisi Prezident İlham Əliyevin 2013-cü ildə
imzaladığı Sərəncama əsasən həyata
keçirilib. Yolun 22 kilometrlik hissəsinin
açılışı 2014-cü ildə dövlətimizin
başçısının iştirakı ilə olub. Cari
ildə isə Birinci Şahsevən-Əhmədli-Dünyamalılar
avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol”
ASC-yə həvalə edilib.
Bildirildi ki, dördüncü texniki dərəcəyə uyğun layihələndirilən yolun uzunluğu 39 kilometrdir. Hərəkət hissəsinin eni 6 metr olan yol iki zolaqdan ibarətdir. Yol boyunca 80 suötürücü boru tikilib, 360 təhlükəsizlik dirəyi, müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılıb. Ən əsası odur ki, 25 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək, nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində mühüm rol oynayacaq.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.- 2016.- 13 noyabr.- S. 8.