Livan Respublikasının Prezidenti Zati-aliləri cənab Mişel Auna

 

Hörmətli cənab Prezident,

Livan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Livan əlaqələrinin genişlənməsi, dostluq əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Eyni zamanda ölkənizin milli bayramıMüstəqillik günü münasibətilə Sizə bütün xalqınıza öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Livan xalqına əmin-amanlıq firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 noyabr 2016-cı il.

 

Azərbaycan.- 2016.- 12 noyabr.- S. 1.