Su anbarlarının istismar
vəziyyətinin yaxşılaşdırılması ilə
əlaqədar Dövlət Komissiyasının
yaradılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Ölkənin su, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan, dövlət əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarları uzun müddət istismar olunduğundan bu hidroqovşaqlarda mövcud problemlərin öyrənilməsi və qiymətləndirilməsi, baş verə biləcək texnogen proseslərin proqnozlaşdırılması zərurəti yaranmışdır.
Göstərilən su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarlarının istismar vəziyyətinin öyrənilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Komissiyanın sədri
Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Komissiyanın
üzvləri:
Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini;
Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri;
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri;
Samir Şərifov - Azərbaycan Respublikasının
maliyyə naziri;
Şahin
Mustafayev
- Azərbaycan Respublikasının
iqtisadiyyat naziri;
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının
ekologiya və təbii sərvətlər
naziri;
Etibar Pirverdiyev - “Azərenerji” Açıq
Səhmdar Cəmiyyətinin
sədri;
Qorxmaz Hüseynov - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
sədri;
Əhməd Əhmədzadə
- Azərbaycan Meliorasiya
və Su Təsərrüfatı
Açıq Səhmdar
Cəmiyyətinin sədri.
2. Dövlət Komissiyası
bu sərəncamın
1-ci hissəsində göstərilən
su anbarlarının hidrotexniki qurğularında
və su mühafizə zonasında
mövcud problemləri
araşdırsın, su
anbarlarının bəndlərinə
təhlükə yaradan
amilləri müəyyənləşdirsin,
texniki təhlükəsizliyini
təmin edən tədbirlərə dair təkliflərini iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 noyabr
2016-cı il
Azərbaycan.- 2016.- 15 noyabr.- S. 1.