Fələstin Dövlətinin Prezidenti
Zati-aliləri cənab
Mahmud Abbasa
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Fələstin Dövlətinin
elan edilməsi günü münasibətilə
Sizi və bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Fələstin
münasibətləri bundan
sonra da xalqlarımızın mənafelərinə
uyğun olaraq dostluq və əməkdaşlıq ruhunda
inkişaf edəcək
və möhkəmlənəcəkdir.
Bu xoş gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, qardaş Fələstin xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 noyabr 2016-cı il.
Azərbaycan.- 2016.- 15 noyabr.- S. 2.