6,2 milyard manat, 95 qəsəbə, 250 min nəfərə mənzil...

 

Azərbaycandakı uğurlu sosial siyasət məcburi köçkünlərə göstərilən dövlət qayğısını ildən-ilə artırır

 

Son illər dünyada cərəyan edən qlobal iqtisadi proseslər inkişaf etməkdə olan bütün ölkələrin iqtisadiyyatına müxtəlif formalarda təsir göstərib. Azərbaycan da dünya iqtisadiyyatının bir parçasıdır. Lakin ölkəmizdə bu gün qaçqın məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edir göstərilən istiqamətdə uğurlu nəticələrin əldə olunduğu beynəlxalq miqyasda da açıq etiraf olunur.

 

3,2 milyon kv.m.sahədə 50 min ailəyə mənzil

 

Ölkəmizdə həssas qayğıya ehtiyacı olan elə insanlar var ki, onların problemlərinin yoluna qoyulması, sosial rifahının yüksəldilməsi daha çox diqqət tələb edir. Bu mənada hətta neftin qiymətinin aşağı düşməsi səbəbindən ölkəyə xarici valyuta axınının azalmasına baxmayaraq, Azərbaycandakı uğurlu sosial siyasət məcburi köçkünlərə dövlət qayğısının ildən-ilə artmasında, onların həyat şəraitinin yaxşılaşdırılmasında aydın nəzərə çarpır.

Öncə onu qeyd edək ki, ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların məcburi köçkünlərin problemlərinin həllinə ulu öndər Heydər Əliyevin yanaşmasının davamı olaraq həyata keçirilən hərtərəfli dövlət siyasəti, müvafiq dövlət proqramlarının qəbulu onların icrası nəticəsində indiyədək 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə ya 250 min nəfərdən çox qaçqın məcburi köçkün yeni mənzillərlə təmin olunub. Şəhər rayonlar tərəfindən bu məqsədlə ayrılmış yararsız ərazilər salınmış qəsəbələr hesabına tam abadlaşdırılıb, texniki infrastruktur yenilənib bu ərazilər yaraşıqlı yerlərə çevrilib.

Yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 6 musiqi məktəbi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 olimpiya idman kompleksi, 206 ədəd müxtəlif tutumlu su anbarı, 64 ədəd nasos stansiyası tikilib, 718 kilometr yol, 960 kilometr su, 1605 kilometr hava elektrik, 442 kilometr qaz, 66 kilometr rabitə, 26 kilometr istilik, 89 kilometr kanalizasiya xətti, 163 kilometr drenaj şəbəkəsi çəkilib, 830 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb. Görülən bütün bu işlərin sərf olunan vəsaitin 90 faizi son 13 ildə icra edilib.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı iləQaçqınların məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə həmin dövlət proqramına əlavələr təsdiq edilib. Ötən illər həyata keçirilən tədbirlər nəticəsində həmin dövlət proqramı, ona olunmuş əlavələr digər normativ aktlar uğurla yerinə yetirilib bu sahədə nəzərdə tutulan digər işlər davam etdirilir. Belə ki, bu ilin proqramına uyğun olaraq, Füzuli rayonunda 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb. Bu il ölkə üzrə mövcud 16 fin tipli qəsəbənin sonuncusunun ləğvi başa çatdırılacaq. Hazırda Bakı da daxil olmaqla Tərtər, Beyləqan, Şirvan, Sumqayıt, Kürdəmir Ucarda qəsəbə, məhəllə yaşayış komplekslərinin layihə-smeta sənədləri hazırlanır. Bundan əlavə, Gəncə, Goranboy, Bərdə Ağcabədidə yeni layihələndirmə işləri üçün müvafiq torpaq sahələri ayrılıb. Bu ilin proqramına əsasən. Horadizdə 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb.

Xatırladaq ki, bu ilin aprelində ermənilərin cəbhə xəttində törətdikləri təxribatlar məcburi köçkünlərdən yan keçməyib. Çünki Azərbaycan Ordusu qarşısında olduqca miskin durumda olan düşmən bu dəfə öz cılızlığını mülki əhalini yaşayış evlərini atəşə tutmaqla göstərdilər. Lakin regionda terror mənbəyi olan Ermənistan iyirmi iki illik atəşkəsdən sonra layiqli cavabını aldı ötən 22 ildə möhkəmləndirdiyi mövqelərdən vurub çıxarıldı. Düşmənin atəşinə məruz qalan evlər isə sürətlə bərpa olundu bu istiqamətdə işlər davam edir. O cümlədən erməni silahlı qüvvələrinin mülki əhali yaşayan məntəqələri atəşə tutması nəticəsində məcburi köçkünlərin zərər çəkmiş 260 evinin bərpası şəxsi əmlaklarına dəyən ziyana görə dövlət büdcəsinin ehtiyat fondundan birinci mərhələdə 2,5 milyon manat vəsait ayrılıb. Tərtər rayonu üzrə 105 ailə, Ağdam rayonu üzrə 15 ailə olmaqla cəmi 120 ailəyə maddi yardım ödənilib, ayrılan vəsait hesabına 182 evdə təmir-bərpa işləri başa çatdırılıb.

 

Cəbhəyanı bölgələr inkişaf edir

 

Azərbaycan son illər yüksəlişinin elə bir mərhələsinə çatıb ki, əldə olunan inkişaf respublikanın hər yerində, eyni zamanda bütün cəbhəyanı bölgələrdə, səngərin cəmi bir neçə kilometrliyində hiss olunur. Bu mənada regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının ən böyük uğurlarından biri onun məhz ölkənin bütün coğrafi bütövlüyünü əhatə etməsi, xüsusən cəbhə xəttinin keçdiyi rayonların sosial-iqtisadi inkişafına gətirib çıxarmasıdır. Azərbaycan hakimiyyətinin uğurlu iqtisadi siyasətinin nəticəsidir ki, indi cəbhə bölgələrinə yeni həyat verilib, bu ərazilərdə yeni infrastruktur formalaşıb. Yeni müəssisələr işə salınıb, yerləri açılıb.

Azərbaycanın cəbhəyanı bölgələrinin inkişafı bu günlərdə Prezident İlham Əliyevin səfər etdiyi Füzuli rayonunun simasında da aydın görünür. Xatırladaq ki, ulu öndər Heydər Əliyevin qətiyyətli addımları sayəsində 1994-cü ildə Füzuli rayonunun 22 yaşayış məntəqəsi, təxminən 500 kvadratkilometr ərazisi düşməndən azad edilib. İndiyədək rayon ərazisində 16 yeni qəsəbə salınıb. Bu il salınan qəsəbə isə cəbhəyanı rayonlara məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına olan yüksək diqqətin növbəti təsdiqidir. 417 hektar sahəni əhatə edən bu qəsəbədə 400 ev, məktəb, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Burada ölkə üzrə mövcud 16 fin tipli qəsəbədə yaşamış Füzuli rayonunda olan sonuncu fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlər yaşayacaqlar.

Qəsəbə ilə tanışlıq zamanı məcburi köçkünlərlə görüşən Prezident İlham Əliyev deyib: “Bu günə qədər Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına 250 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilmişdir. Bu, bir daha onu göstərir ki, bizim ən böyük təbii sərvətimiz olan neft Azərbaycan xalqının sərəncamındadır, Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Əgər bu imkanlar olmasaydı, belə gözəl qəsəbələr salmaq mümkün olmazdı. Ona görə güclü iqtisadi imkanlarımız bu şəraiti yaradır. Biz öz təbii resurslarımızdan səmərəli şəkildə istifadə edirik. İlk növbədə sosial layihələrə diqqət yetiririk, köçkünlərin problemlərini həll etməyə çalışırıq”.

İnkişafı şərtləndirən vacib amillərdən biri müasir infrastrukturun yaradılmasıdır. Dünya təcrübəsi də göstərir ki, dayanıqlı inkişaf ilk növbədə infrastrukturun yeniləşməsindən, bu sahədə beynəlxalq və müasir standartların tətbiqindən keçir. Ölkə başçısı İlham Əliyev davamlı yüksəlişin, tərəqqinin yolunu digər amillərlə yanaşı, infrastrukturun daim müasirləşməsində, bu sahədə beynəlxalq standartların tətbiqində görür və əməli tədbirlərin həyata keçirilməsini daim önə çəkir.

Fərəhli haldır ki, cəbhəyanı rayonlarda da infrastruktur sürətlə yenilənir. Füzuli rayonunda 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini, o cümlədən 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən 23 kilometrlik avtomobil yolunun tikintisison illər cəbhə bölgələrində həyata keçirilən infrastruktur layihələrindəndir. Əlbəttə, müasir standartlar səviyyəsində inşa olunan bu yol rayonun simasını əsaslı şəkildə dəyişdirməklə bölgənin inkişafına da müsbət təsir göstərəcək, nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edəcək.

Sabaha olan inamın, ölkəmizin qüdrətinin təzahürüdür ki, bütün bölgələr kimi, cəbhəyanı rayonlar da sürətlə inkişaf edir. Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri bir daha göstərdi ki, dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bütün sosialinfrastruktur layihələri uğurla icra olunur. O cümlədən məcburi köçkünlərin bütün qayğıları daim diqqət mərkəzindədir. Bu isə dövlətin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2016.- 15 noyabr.- S. 3.