İstiqlal şəhəri - inkişaf mərkəzi

 

Qədim Nizami yurdu böyük quruculuq, abadlıq və intibah dövrünü yaşayır

 

Sanki bir göz qırpımında keçdi 25 il. Ancaq bu qısa zaman kəsiyində baş verən ictimai-siyasi hadisələr onu deməyə əsas verir ki, yola saldığımız bu illər heçasan olmamışdır. Xüsusilə müstəqilliyimizin elan olunduğu 90-cı illərin əvvəllərində ölkə daxilində baş verən hadisələr, Dağlıq Qarabağ uğrunda gedən müharibə, eləcə də xarici düşmənlərin təzyiqləri respublikamızı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Belə bir çətin dövrdə respublikamızın ikinci ən böyük şəhəri olan Gəncədə də hərcmərclik, özbaşınalıq xalqı cana doydurmuşdu. Küçələrdə silahlı adamların hegemonluq etməsi insanlarda müstəqillik arzusunu heçə endirir, hakimiyyətdə olan Xalq Cəbhəsi və Müsavat cütlüyünə nifrət oyadırdı. Hətta paytaxt Bakıya köçənlərin ardı-arası kəsilmir, şəhər tədricən boşalmağa başlayırdı. Gəncənin elektrik, qazsu təchizatı yox dərəcəsində idi. Əhali yeməyə heçtapa bilmirdi. Əməkhaqları və təqaüdlər aylarla gecikdirilirdi. Təhsil, səhiyyə və mədəniyyət ocaqlarının fəaliyyəti iflic olmuşdu. Bu ağır günlər ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələnə kimi davam etdi. Nəhayət, gəncəlilər tədricən müstəqilliyin şirinliyini dadmağa başladılar. Dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində həm daxildəki özbaşınalıqlara son qoyuldu, həm də Dağlıq Qarabağ ətrafında gedən döyüşlər dayandırılaraq atəşkəs əldə olundu. İnsanlar rahat nəfəs almağa başladılar. Onlar bir daha əmin oldular ki, həqiqətən tarixin axarını dəyişən böyük simalar olur ki, onlardan da biri Heydər Əliyevdir.

Azərbaycan tarixində özünün xüsusi yeri olan Gəncə şəhəri bu gün dövlət müstəqilliyinin bəhrəsini aydın hiss edir. 25 illik müstəqillik tarixində qədim Gəncənin dövlətçilik tariximizdəki yerinin daha dərindən öyrənilməsi, tarixi abidələrin bərpası, ümumən şəhərin simasının daha da gözəlləşdirilməsi istiqamətində çox böyük tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncəyə tarixi səfərlərindən birində demişdir: “Gəncə də mənim üçün əziz və doğma şəhərdir. Mən burada dəfələrlə olmuşam. Gəncə bizim qədim şəhərimizdir. Azərbaycanın tarixidir. Müstəqil Azərbaycanın ikinci şəhəridir. Ona görə Gəncəyə diqqət, münasibət olmalıdır. Abadlıq, quruculuq işlərini görəndə, yolların salınmasını, camaatın əhvali-ruhiyyəsinin yüksəlməsini görəndə mən çox sevinirəm. Mən istəyirəm ki, bu şəhər daha da gözəlləşsin, abadlaşsın”.

Cəmi 25 il ərzində qədim şəhərin bu qədər sürətlə inkişaf etməsi nəinki sakinlərdə, eləcə də xarici qonaqlarda heyrət yaradır. Hara baxsan, parkxiyabanlar, yeni-yeni mədəniyyət ocaqları, genişabad küçə və prospektlər göz oxşayır. Ən başlıcası isə odur ki, insanlarda dövlətə və dövlətçiliyə, onun rəhbərinə böyük inam və məhəbbət var. Söz yox ki, bütün bu inkişaf əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulanPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi islahatların məntiqi nəticəsidir. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən İlham Əliyevin təşəbbüs və rəhbərliyi ilə qəbul olunan dövlət proqramlarının icrası nəinki Gəncənin, eləcə də ən ucqar kəndlərin simasını başdan-başa dəyişmişdir. Sovetlər birliyi dövründən qalmış köhnə və istifadəyə yararsız olan təhsil, səhiyyə və mədəniyyət ocaqlarının yeniləri inşa edilmiş, bəziləri isə əsaslı şəkildə təmir olunmuşdur.

Gəncə bu günöz inkişaf dövrünü yaşayır. Hər yerdə abadlıq və quruculuq işləri gedir. Şəhərdə ölkə başçısının göstəriş, tapşırıq və tövsiyələrini əldə rəhbər tutaraq qədim Nizami yurdunun sosial-iqtisadi, ictimai-siyasi həyatında sabitliyin və inkişafın davamlılığının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Hər il iqtisadisosial tərəqqini əks etdirən makroiqtisadi göstəricilərin yerinə yetirilməsi üçün gəncəlilər var qüvvələrini əsirgəmirlər. İldən-ilə yeni uğurlara imza atan şəhər sakinləri son illər daha böyük nailiyyətlər qazanmış, istər sənaye, istərsə də digər sahələrdə yüksək göstəricilərə nail olmuşlar. Təkcə bu il adambaşına düşən ümumi məhsul istehsalının həcmi əvvəlki illərlə müqayisədə 20,9 faiz artmışdır. Ümumdaxili məhsul istehsalı həcminin 71,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Nəticədə şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əməkhaqqı 328,5 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2 faiz çoxdur. Ümumilikdə isə orta aylıq əməkhaqqı 363,7 manat, dövlət idarəetmə, müdafiə, icbarı sosial təminat bölməsində 428,4 manat, emal sənayesində 369,1 manat, elektrik enerjisi, qaz və digər sahələrdə 511,2 manat, maliyyə və sığorta bölmələrində 896,9 manat təşkil etmişdir. İstehsal olunan məhsulların 55,6 faizi respublika daxilində satılmış, 44,4 faizi isə Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrə ixrac olunmuşdur.

Şəhər iqtisadiyyatında mühüm rol oynayan “DET.AL AlüminiumMMC-nin Gəncə Alüminium Zavodunda və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində əvvəlki illərin göstəriciləri ilə müqayisədə bu il 21,3 faiz artmış, bu müəssisələr tərəfindən 72,7 milyon manatdan çox məhsul istehsal olunmuşdur.

Əhalinin sosial şəraitini daha da yaxşılaşdırmaq, infrastrukturu yeniləşdirmək, müasir müəssisələr, yeni yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi vəzifəsini qarşıya qoyan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla icra olunub. Bakı-Qazax avtomobil yolunun sağ tərəfində “NB Satınalma və Ticarət” MMC tərəfindən tikinti materialları zavodunun, “MFK” MMC-nin kərpic istehsalı müəssisəsinin inşasına başlanılmışdır. Neon” firmasında istehsal sahəsi genişləndirilərək 2 yeni sex istifadəyə verilmişdir. Ümumiyyətlə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası dövründə 33 min 304 yeri, o cümlədən 29 min 441 daimi yeri açılmışdır.

2014-cü ildə inşasına başlanılmış Gəncə Beynəlxalq Avtovağzalının tikintisi hazırda sürətlə davam etdirilir. Artıq Gəncəətrafı rayonlara hərəkət edən avtobuslar üçün bilet satışı otaqlarında və binanın sanitar qovşağında, tavanperron hissələrində, həmçinin avtobuslara texniki xidmət göstəriləcək binalarda işlər tamamlanmış, avtovağzalın daxilində kosmetik işlərə başlanılmışdır. Ümumiyyətlə, layihədə nəzərdə tutulmuş işlərin 85 faizi yerinə yetirilmişdir. Vağzalın cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Üçmərtəbəli ahıllar evində də əsaslı təmir işləri davam etdirilir. Burada yeməkxana, yataqxana, əyləncə otaqları, camaşırxana tamamilə yenidən qurulmuşdur.

Şəhər inkişaf edib böyüdükcə əhalisinin sayı da durmadan artır. Bunu nəzərə alan şəhər rəhbərliyi əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata kecirir. Hər il əmək və məzun yarmarkaları keçirilməklə işsiz insanların məşğulluğu təmin edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncədə yeni regional peşə tədris mərkəzi yaradılmışdır ki, hazırda mərkəz üçün ayrılmış binada təmir işləri aparılır.

Ölkəmizdə sahibkarlığın stimullaşdırılmasına, özəl bölməyə göstərilən diqqət və qayğı, bu sahədə qəbul olunmuş mühüm qərarlar, bir sıra dövlət proqramları və eləcə də sahibkarlğın dəstəklənməsi biznes mühitinin daha da yaxşılaşdırılmasını təmin edir. Məhz bunun nəticəsidir ki, adamları tərəfindən şəhərə sərmayə qoyuluşu ildən-ilə artır. Heç təsadüfi deyil ki, son beş ildə özəl müəssisə və digər sosial obyektlərin yaradılmasına sahibkarlar tərəfindən 855,8 milyon manat vəsait yönəldilmişdir. Təkcə cari ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 12 sahibkara 307 min manat güzəştli kredit verilib. Ümumiyyətlə, son beş ildə fond tərəfindən 102 sahibkar 25 milyon 91 min manat güzəştli kreditlə təmin edilib.

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Gəncə şəhərində kommunal, elektrik enerjisi, qaz, sukanalizasiya xidmətləri ilə bağlı bir sıra infrastruktur layihələri həyata keçirilmişdir. Əhalinin elektrik enerjisinə olan tələbatının tam ödənilməsi məqsədilə ümumi gücü 15,9 meqavat olan 2 ədəd 1000 kilovoltluq, 21 ədəd 630 kilovoltluq, 10 ədəd 400 kilovoltluq, 6 ədəd 250 kilovoltluq və 3 ədəd 160 kilovoltluq yeni transformatorlar quraşdırılmışdır. Şəhərin müxtəlif ünvanlarında ümumilikdə 15 ədəd yeni transformatorlar quraşdırılmışdır. Yaxın vaxtlarda istifadəyə veriləcək bu xətdən şəhərə saniyədə 1500 litrə yaxın su veriləcəkdir. Şəhərdə aparılan sukanalizasiya şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir. Suyun qeydiyyatının aparılması üçün abonentlərin mənzillərinə 2 min 327 ədəd smartkart tipli sayğac quraşdırılmışdır.

Müstəqilliyimizin xalqımıza verdiyi töhfələrdən biri də təhsil sisteminin yeniləşməsidir. Ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın göstərdikləri diqqət və qayğı nəticəsində şəhərdəki qəzalı vəziyyətdə olan məktəblərin, demək olar ki, hamısı əsaslı şəkildə təmir edilmiş, əlavə tədris korpusları tikilmişyaxud da yeni məktəb binası inşa edilmişdir. Sevindirici haldır ki, gənc nəslin təhsilinə göstərilən bu qayğı öz bəhrəsini vermiş, ali məktəblərə qəbul üçün keçirilən test imtahanlarında yüksək göstəricilərə nail olunmuşdur.

Şəhər əhalisinin sağlamlığının qorunması istiqamətində də çox işlər görülmüşdür. Səhiyyə ocaqlarının maddi-texniki bazası möhkəmləndirilmiş, həkim kadrlarının peşəkarlığının yüksəldilməsi üçün məqsədyönlü işlər həyata keçirilmişdir. Şəhərdə ən böyük səhiyyə ocağı olan Abbas Səhhət adına 1 saylı xəstəxana, yoluxucu xəstəxana, 6 saylı poliklinika binaları əsaslı şəkildə təmir edilərək istifadəyə verilmişdir. Hazırda şəhər psixiatriya xəstəxanasında müasir tələblərə uyğun əlavə 2 yeni korpusun və yardımçı binaların inşası davam etdirilir.

Şəhərdə abadlıq və quruculuq işləri gedir. Küçələrdə aparılan yenidənqurma işləri çərçivəsində ictimai və fərdi binalar da yenilənir. İstifadəyə verilən yeni mədəniyyət obyektləri insanların istirahətini təmin etməklə yanaşı, şəhərin ümumi görünüşünə də gözəllik gətirir. Uzun illərdən bəri məişət tullantıları mənbəyinə çevrilmiş Gəncə çayı ətrafında bir kilometrədək salınan park-bulvar kompleksində inşaat işləri başlananda heç kim inana bilmirdi ki, bura sakinlərin ən çox üz tutacaqları istirahət məkanı olacaq. İstər böyüklərin, istərsə də balacaların mənalı istirahəti üçün hər cür şərait yaradılan park-bulvar kompleksinin hazırda ikinci hissəsinin tikintisinə başlanılmışdır.

Ümumiyyətlə, şəhərin müxtəlif ərazilərində abadlıq və quruculuq işləri sürətlə davam etdirilir. Fikrət Əmirov küçəsində beşmərtəbəli İctimai-Mədəni Tibb Mərkəzinin, Gəncə Beynəlxalq Hava Limanı yolu istiqamətində regionda analoqu olmayan maşın bazarının, Nizami prospektində beş və altı mərtəbəli ticarət mərkəzlərinin inşası sürətlə davam etdirilir. Fikrət Əmirov parkında təmir-bərpa işləri aparılmış, parka yeni suvarma xətləri çəkilmişdir. Yeni Gəncə yaşayış massivi, 28 May küçəsində olan çoxmərtəbəli yaşayış binalarının fasad hissəsi, eləcə də dam örtükləri yenilənmiş, ərazidə yaşıllıq salınmışdır. Təkcə bu ilin ötən ayları ərzində şəhərin müxtəlif ərazilərində salınmış yaşıllıqların suvarılması üçün 18 ədəd subarteziyan quyusu əsaslı şəkildə təmir edilərək istifadəyə verilmişdir.

Qafqazda analoqu olmayan Heydər Əliyev park-kompleksi Gəncə sakinlərinin, eləcə də qonaqların ən çox sevdikləri məkana çevrilmişdir. Burada inşa edilən Heydər Əliyev Mərkəzi, Zəfər Tağı, amfiteatr, geniş ərazini əhatə edən süni göl, Gənclər Mərkəzi, eləcə də digər mədəni obyektlər Gəncənin dinamik inkişafını göstərir. Səhərdən axşama kimi insanla dolu olan bu geniş məkanda böyüklərlə yanaşı uşaqlar üçün də əyləncə yerləri yaradılmışdır.

Gəncə bu inkişafla həm də beynəlxalq tədbirlərə evsahibliyi etmək statusu qazanıb. Hər il burada keçirilən beynəlxalq tədbirlərdə iştirak edən görkəmli dövlət xadimləri, alimlər şəhərdə aparılan yenidənqurmaya heyran qalır, onu inkişaf etmiş Avropa şəhərləri ilə müqayisə edirlər. 4000 yaşı olan bu qədim şəhərdə aparılan abadlıq və yenidənqurma işləri zamanı tarixlə müasirliyin vəhdətinə göstərilən diqqət və qayğıya heyran qaldıqlarını söyləyirlər. Dahi Azərbaycan şairləri Nizami Gəncəvinin 870 illiyi, Məhsəti Gəncəvi yaradıcılığının 900 illiyi ilə əlaqədar keçirilən beynəlxalq tədbirlərdə iştirak edən dünya alimləri ümumilikdə Gəncədə gördüklərindən heyran olduqlarını gizlətməmişlər. Bundan başqa, 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilmiş Gəncənin bu uğuru da müstəqilliyimizin bəhrəsidir.

Gəncə şəhəri tarixən abidələr şəhəri olub. Burada mövcud olan abidələrin bərpası və yenidən qurulması istiqamətində də xeyli görülmüşdür. Hazırda “Şah Abbas” və “Uğurlu xan” karvansaralarında, “Qızıl Hacılı” tarix-memarlıq abidəsində əsaslı təmir və bərpa işləri yekunlaşmaq üzrədir. Böyük Azərbaycan şairimaarifçisi Mİrzə Şəfi Vazehin muzeyinin yaradılması isiqamətində də işlər davam etdirilir. Tarix-memarlıq abidələrinə göstərilən diqqət və qayğının nəticəsidir ki, hər il Gəncəyə gələn yerlixarici turistlərin sayında artım qeydə alınır. Son hesablamalara görə, təkcə bu ilin yay aylarında Hacıkənd və Göygöl istirahət məkanlarına gələnlərin sayı 7 min nəfərə yaxın olmuşdur ki, onun da 2 min nəfərdən çoxu xarici ölkə vətəndaşıdır.

Gəncədə tarixi abidələrlə yanaşı, yeni mədəniyyət ocaqlarının yaradılmasına da ciddi diqqət yetirilir. Son 5 ildə burada Nizami Gəncəvi Muzeyi, Qala Qapıları ArxeologiyaEtnoqrafiya Muzey Kompleksi, Məhsəti Muzeyisair mədəniyyət obyektləri yaradılmışdır ki, bu da şəhərə gələn qonaqların maraq dairəsindədir.

Müstəqilliyimiz tarixində dini dəyərlərimizə də dövlət səviyyəsində diqqət və qayğı göstərilmişdir. Buna misal olaraq şəhərdəki “İmamzadə” ziyarətgahını göstərmək olar. Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına ziyarətgah yüksək səviyyədə yenidən qurulmuş, ətrafında böyük abadlıq işləri aparılmışdır. İnsanların dini inanclarına hörmətlə yanaşılaraq görülən işlərə görə şəhər sakinləri dövlət başçısına minnətdarlıq edirlər.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti gələcəyin qurucuları olan bu nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ruhunda tərbiyə olunmasında əhəmiyyətli rol oynayır. Belə bir prioritet siyasət müasir gəncliyin Azərbaycan xalqının tarixi mədəni irsinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasına xidmət edir. Məhz bunun nəticəsidir ki, Avropa ilə Asiyanın qovuşduğu bir məkanda yerləşən, Azərbaycanın qədim bir şəhəri olan Gəncə Avropanın Gənclər Paytaxtı tituluna sahib olmuşdur. Söz yox ki, bu qələbə müstəqilliyinin cəmi 25 yaşı olan bir ölkənin mühüm uğurudur.

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2016.- 15 noyabr.- S. 4.