Azərbaycan
Respublikası ilə QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond arasında
Çərçivə Sazişinin təsdiq
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası ilə QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond arasında 2016-cı il mayın 26-da Cenevrə şəhərində imzalanmış Çərçivə Sazişi təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr
2016-cı il
Azərbaycan.- 2016.- 16 noyabr.- S. 2.