Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının QanununuAvtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 12 fevral tarixli 127-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 9, maddə 564; 2001, N 5, maddə 298, N 11, maddələr 676, 698; 2002, N 1, maddə 9, N 8, maddə 463; 2003, N 8, maddə 424; 2004, N 2, maddə 57, N 11, maddə 901; 2005, N 4, maddə 277, N 10, maddə 874, N 11, maddə 993; 2006, N 12, maddə 1027; 2007, N 6, maddə 560, N 11, maddələr 1053, 1091; 2008, N 2, maddə 49, N 6, maddələr 453, 463, N 7, maddə 602; 2009, N 2, maddə 47, N 4, maddə 210,  N 12, maddə 948; 2010, N 7, maddə 598; 2011, N 2, maddə 71, N 4,  maddə 255, N 6, maddə 469, N 12, maddə 1097; 2012, N 5, maddə 402, N 7, maddə 671; 2013, N 4, maddələr 362, 363, N 7, maddə 795, N 11,    maddələr 1295, 1298; 2014, N 4, maddələr 343, 346, N 5, maddə 467, N 11, maddə 1352; 2015, N 1, maddə 2, N 2, maddələr 76, 79, 105, N 5, maddə 502,  N 6, maddə 686, N 11, maddələr 1256, 1276) 33-cü maddəsinin II hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.4-cü bəndə “19 yaşdan” sözlərindən sonra “(“B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə)” sözləri əlavə edilsin.

2. 5-ci bənddən “, “CE” və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini” sözləri çıxarılsın.

3. Aşağıdakı məzmunda 5-1-ci və 5-2-ci bəndlər əlavə edilsin:

“5-1) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);

5-2) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ   - 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);”.

4.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“6) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);”.

5. Səkkizinci abzas ləğv edilsindoqquzuncu abzas səkkizinci abzas hesab edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 16 noyabr.- S. 2.