Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli
773 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Turizm və
rekreasiyazonaları haqqında nümunəvi Əsasnamə”də
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 773 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 6, maddə 491) ilə təsdiq edilmiş “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin 4.6.6-cı yarımbəndindən “müvafiq fəaliyyət növünə xüsusi razılığı (lisenziyası) olmayan və” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
7 noyabr 2016-cı il
Azərbaycan.- 2016.- 16 noyabr.- S. 3.