“Alkoqollu içkilər, etil
(yeyinti) spirti və tütün məmulatı istehsalının,
saxlanmasının, idxalının və
satışının tənzimlənməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli
527 nömrəli Fərmanında dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:
“Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 2, maddə 74; 2001, N 10, maddə 640; 2003, N 10, maddə 585; 2009, N 2, maddə 72, N 3, maddə 163; 2010, N 5, maddə 394; 2014, N 5, maddə 477; 2016, N 8, maddə 1384; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli 1033 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissənin ikinci bəndinin birinci və ikinci yarımbəndləri ləğv edilsin;
2. 1-ci hissənin ikinci bəndinin üçüncü yarımbəndindən və 3-cü hissənin birinci bəndindən “pərakəndə” sözü çıxarılsın;
3. 2-ci hissənin ikinci bəndindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara uyğun olaraq” sözləri çıxarılsın;
4. 3-cü hissənin ikinci bəndi və 5-ci hissə ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
7 noyabr 2016-cı il
Azərbaycan.- 2016.- 16 noyabr.- S. 3.