“Alkoqollu içkilər, etil
(yeyinti) spirti və tütün məmulatı istehsalının,
idxalının və satışının tənzimlənməsi
sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli
90 nömrəli Fərmanında dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:
“Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli 90 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 2, maddə 74; 2001, N 10, maddə 640; 2002, N 8, maddə 487; 2003, N 10, maddələr 571, 585; 2007, N 2, maddə 100; 2008, N 9, maddə 798; 2009, N 4, maddə 226, N 7, maddə 537; 2014, N 5, maddə 477; 2016, N 8, maddə 1384) 3-cü hissəsinin birinci, ikinci və beşinci bəndləri, 4-cü, 5-ci və 11-ci hissələri ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
7 noyabr 2016-cı il
Azərbaycan.- 2016.- 16 noyabr.- S. 3.