İlham Əliyev S.Sarkisyana, Azərbaycan əsgəri isə erməni ordusuna qalib gəlir”

 

Ermənistan ictimaiyyəti, KİV-isosial şəbəkələri Azərbaycan Prezidentinin hərbi zəfərini etiraf edirlər

 

Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsinə səfəri, burada verdiyi mesajlar Ermənistan cəmiyyətində şok effekti yaradıb. Burada aprel müharibəsinin daha geniş miqyasda təkrarlana biləcəyindən, daha çox erməni əsgərinin Azərbaycan ərazilərində məhv ediləcəyindən indi daha çox danışılır. Erməni mediası, sosial şəbəkə istifadəçiləri yeni mümkün hərbi toqquşmaların miqyasının daha geniş olması ilə yanaşı, onun Ermənistan üçün faciəvi nəticələrə gətirib çıxaracağından da ciddi təşviş duyurlar.

 

Ermənilər S.Sarkisyanı qorxaqlıqda, ordu rəhbərliyini isə korrupsiyada ittiham edirlər

 

Diqqət həm də ona yönəlir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların dayandığı bir vaxtda Azərbaycan hərbi yolla ərazilərini azad etməyə tam hazır olduğunu ən yüksək səviyyədə bəyan edir. Prezident İlham Əliyevin “Azərbaycan işğal altındakı ərazilərini qaytarmaq üçün danışıqlarla birgə, müharibəni də istisna etmirkimi fikirləri bunun daha bir təsdiqi kimi göstərilir.

Ermənistanı qorxuya salan digər məqam isə Prezident İlham Əliyevin Lələtəpə döyüşlərinin davamı ola biləcək əməliyyatlar haqda dedikləridir. Azərbaycan Ordusunun 60 minlik şəxsi heyət, hərbi texnikadöyüş təyyarələrinin də qatıldığı genişmiqyaslı təlimləri fonunda bu fikirlər ermənilərin yuxusunu ərşə çəkib. İndi düşmən səksəkə içində Azərbaycanın işğal altındakı ərazilərdə yeni hərbi əməliyyatlara start verə biləcəyindən qorxur. Bilir ki, bu dəfə də Azərbaycanın qarşısında məğlub duruma düşəcək.

Ali Baş Komandanın cəbhə bölgəsinə hərbi formada səfər etməsi ermənilərin qorxusuna yol açmaqla bərabər, geniş müzakirə predmetinə çevrilib. “Lragir” saytı Azərbaycan Prezidentinin cəbhəyə hərbi formada səfərinə diqqət çəkərək, Ermənistan dövlət başçısının qorxaq olduğunu yazıb: “Sankt-Peterburq görüşündən sonra Serj Sarkisyan mülki geyimdə cəbhədəki ərazilərə baş çəkdi. Azərbaycan Prezidenti isə artıq ikinci dəfədir ki, cəbhə bölgəsinə hərbi formada səfər edir. Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini münaqişəyə yönəltmək üçün lazımi addımlar atır, ərazilərin qaytarılması ilə bağlı işlər görür. Bəs Sarkisyanedir?”

Ümumiyyətlə, Sarkisyan rejiminə qarşı Azərbaycanın hərbi cəhətdən də güclənməsi fonunda ittihamlar artır. Erməni sosial şəbəkə istifadəçiləri yazır ki, nə qədər, səriştəsiz diletantlar hakimiyyətdədir, bu vəziyyət davam edəcək. Çünki balıq başından iylənir.

Sosial şəbəkə istifadəçilərindən biri yazır: “Nə vaxta qədər belə davam edəcək? Orduda özbaşınalıqdır; görəsən, bu biabırçılıq heç vaxt bitməyəcək?” Digər bir istifadəçi isə şərhində yazır: “Aprel hadisələrindən sonra təmas xəttində sakitlik hökm sürür. Amma bu qısa müddətdə bizim orduda xeyli sayda mənfi, təhlükəli və biabırçı hallar üzə çıxdı. Çoxlu korrupsiya qalmaqalı, oğurluq faktları qeydə alınıb. Hərbçilərin valideynləri özləri əsgərlər üçün hərbi forma alır, hər yerdə əsgərlərlə çavuşlar, əsgərlərlə zabitlər arasında nizamnaməyə uyğun olmayan hallar yaşanır. Bu əsgərlərlə biz Azərbaycanın qarşısında duruş gətirə bilmərik”.

 

S.Sarkisyan rəzilliyindən utanırmı?!”

 

Sosial şəbəkələrdə Prezident İlham Əliyevlə bağlı mülahizələrə də rast gəlmək mümkündür. Bunlar içərisində Aşot Qriqoryan adlı bir nəfərin fikirləri diqqət çəkir: Aprel döyüşlərindən sonra ötən müddət ərzində Ermənistan Azərbaycan qarşısında yalnız hərbidə deyil, diplomatik sahədə də məğlubiyyətlər almaqda davam edir. İlham Əliyev S.Sarkisyana, Azərbaycan əsgəri isə erməni ordusuna qalib gəlir. Görəsən, Serj Sarkisyan rəzilliyindən utanırmı?!”

Ermənistan mediasının yazdığına görə, Azərbaycanın işğal altında olan ərazilərinə getməmək üçün çağırışçılar yüksək miqdarda rüşvət verir. Səbəb isə aydındır. Çünki bu ilin aprel ayında Azərbaycan Ordusu yüksək peşəkarlıq, qəhrəmanlıq göstərərək düşmən üzərində yeni parlaq qələbə qazandı. Əsgərlərimiz Füzuli, Cəbrayıl və Ağdərədə işğal altında olan 2000 hektardan çox ərazini azad etdiuğurlu əks-hücum əməliyyatları düşmənə yerini göstərdi.

Azərbaycan diplomatiyasının beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirməsi də ölkədə ciddi narazılığa səbəb olmaqdadır. Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda baş tutan son iclasında da bu növbəti dəfə öz təsdiqini tapdı. Ermənistan bu iclas zamanı təşkilata üzv ölkələrdən özünün Qarabağ siyasətinə dəstək gözləsə də, bunun tamamilə əksi baş verdi. Belə məlum oldu ki, Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatında yer alan ölkələr Ermənistandan daha çox təşkilata üzv olmayan Azərbaycanın mövqeyi ilə hesablaşmağa üstünlük verirlər. Bu hal Qarabağ məsələsi ilə bağlı da özünü qabarıq büruzə verir.

Ermənilər sosial şəbəkələrdə Serj Sarkisyana iradlarını paylaşdıqları statuslarda və yazdıqları şərhlərdə də açıq şəkildə nümayiş etdirirlər. Ovik Koçaryan adlı biri “twitter”də belə bir paylaşım edib: “Serj Sarkisyan Ermənistanı uçuruma yuvarlayır. Onun bütün tədbirlərdə Azərbaycanla bağlı etdiyi çıxışlar əslində heç kəsi təəccübləndirmir. Əskinə, Ermənistan prezidentinin boşboğazlığı, Azərbaycan haqqında heç bir fakt göstərmədən böhtan xarakterli çıxışlar etməsi və özünü biabırçı vəziyyətə salması, belə görünür, artıq onda vərdişə çevrilib. Daha inandırıcı vədlər vermək lazımdır”.

İndi ermənilər Prezident, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı verdiyi mesajlar fonunda yenə də hər an aprel dərsləri ilə üzləşə biləcəklərindən qorxurlar. Ermənistanın təcavüz aktını davam etdirməsi müharibə riskinin aktuallığını hər an üçün saxlayır. Azərbaycan tərəfi ərazi bütövlüyünün bərpasına qədər mübarizə aparacağını dəfələrlə bəyan edibbu fikrinə sadiqdir. Ölkə rəhbərinin tez-tez cəbhə bölgəsinə səfərlərinin bir məqsədi də bununla bağlıdır. Erməni cəmiyyəti bilir ki, lazımi nəticələr çıxarılmasa, vəziyyət onlar üçün çox ağır olacaq.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2016.- 16 noyabr.- S. 4.