İsmayıllıda
Beynəlxalq Bakı Multikulturalizm Mərkəzinin
filialı açılıb
Müxtəlif mədəniyyətlərin, milli azlıqların, etnik qrupların, fərqli dinlərin və dillərin mövcud olduğu İsmayıllıda Beynəlxalq Bakı Multikulturalizm Mərkəzinin (BBMM) filialı açılıb.
Filialın açılışı münasibətilə keçirilən tədbiri Beynəlxalq Bakı Multikulturalizm Mərkəzinin mətbuat katibi Yadigar Məmmədli açdı. Sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bildirdi ki, Azərbaycan beynəlxalq miqyasda multikulturalizm və tolerantlıq modeli olduğu kimi, İsmayıllı da respublikada belə bir məkandır. Milli, dini, coğrafi və dil müxtəlifliyi insanlara münasibətdə heç bir fərqliliyə səbəb olmur. Hər bir milli azlıq və etnik qrupa öz dilini, mədəniyyətini inkişaf etdirmək və dini ayinlərinin icrası üçün bərabər şərait yaradılır. BBMM-in İsmayıllı filialının yaradılması bu işlərin daha səmərəli təşkilinə geniş imkan açacaq.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Müzəffər Talıblı çıxışında ümummilli lider Heydər Əliyevin ölkəmizi xilas etmək, vahid Azərbaycan xalqını formalaşdırmaq və azərbaycançılıq ideologiyası yaratmaq, tolerantlıq şəraiti təmin etmək yolunda həyata keçirdiyi tədbirlərdən, multikulturalizm və tolerantlığın dövlət siyasətinin tərkib hissəsi olduğundan danışmışdır.
BBMM-in Analitik təhlil şöbəsinin müdiri Rəşad İlyasovun və təhsil işçisi, əməkdar müəllim Şəfaqət Rəsulovun çıxışları da maraqla dinlənilmişdir.
Tədbirdən sonra qonaqlar İvanovka tam orta məktəbində
olublar. Kənddəki multikulturalizm
mərkəzinin məsləhətçisi Valentin
Kuliklə görüşüblər. Qonaqlar
məktəbə Azərbaycan və rus
dillərində kitablar
bağışlayıb, tarix-diyarşünaslıq muzeyində
olublar.
Azərbaycan.- 2016.- 17 noyabr.- S. 8.