Naxçıvan Muxtar Respublikası Ali Məclisində
görüş
Noyabrın
16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua
ilə görüşmüşdür.
Səmimi
qəbula görə minnətdarlıq edən Vey Cinhua
Naxçıvana səfərinin əhəmiyyətinə
toxunmuş, muxtar respublikanın inkişafının məmnunluq
doğurduğunu və ikitərəfli əlaqələr
üçün geniş perspektivlər
açdığını bildirmişdir.
Ali Məclisin
Sədri ölkəmizdə diplomatik fəaliyyətə
başlaması münasibətilə səfiri təbrik
etmiş, dövlət başçısının Çin
Xalq Respublikasına səfərini xatırlatmış, bunun
Azərbaycan-Çin əlaqələrinin inkişafına təkan
verdiyini qeyd etmişdir.
Azərbaycanın
Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq
Respublikası arasında rabitə və yeni texnologiyaların
tətbiqi sahəsində görülən işləri diqqətə
çatdıran Ali Məclisin Sədri gələcək əlaqələrin
daha da inkişaf edəcəyinə inamını ifadə
etmişdir.
Azərbaycan.- 2016.- 17 noyabr.- S. 4.