Azərbaycanda
müstəqil medianın inkişafı beynəlxalq miqyasda yüksək qiymətləndirilir
Prezident İlham
Əliyev ölkəmizdəki demokratikləşmə prosesinin əsas nailiyyətlərini elan etdi:
- müstəqil medianın inkişafı hökumətin əsas prioritetlərindəndir;
- respublikamızda bütün fundamental azadlıqlar
təmin olunub;
- Azərbaycan internetin tam azad olduğu ölkədir;
-
KİV-in inkişafı prosesinin
uğurlu nəticələri
var;
- demokratikləşmə yönümündəki islahatlar
səmərəli olub.
Bakı
daha bir mötəbər beynəlxalq
tədbirə - Dünya
Xəbər Agentliklərinin
V Konqresinə, Asiya və Sakit Okean
Ölkələri İnformasiya
Agentlikləri Təşkilatının
(OANA) XVI Baş Assambleyasına
və MDB Dövlət
İnformasiya Agentlikləri
Rəhbərləri Şurasının
(İnformşura) XXII iclasına
evsahibliyi edir. Nüfuzlu media qurumlarının
toplantısında 80 ölkədən
100-ə yaxın xəbər
agentliyinin dünyanın
informasiya siyasətinin
əsas istiqamətlərini
müəyyənləşdirən 190-dək
rəhbəri və təmsilçisi, media üzrə
beynəlxalq ekspertlər,
BMT və UNESCO-nun rəsmi
nümayəndəsi, həmçinin
regional media qurumlarının əməkdaşları iştirak
edirlər.
Dünyanın bütün qitələrindən
xəbər agentliklərinin
təmsil olunduğu Konqresin Bakıda keçirilməsi müstəqil
medianın inkişafı
sahəsində Azərbaycanın
fəaliyyətinin və
nailiyyətlərinin yüksək
qiymətləndirilməsinin göstəricisi kimi də dəyərləndirilə
bilər. Qloballaşma dövründə azad və müstəqil
kütləvi informasiya
vasitələrinin mövcudluğu
cəmiyyət həyatında
əhəmiyyətli təsirə
malikdir. Onun başlıca
vəzifəsi cəmiyyəti
onu maraqlandıran məsələlər barədə
məlumatlandırmaq, zəruri
informasiyalarla təmin
etməkdir. Media bu missiyanı qanunvericiliyə zidd olmayan üsullarla informasiyaları toplayıb
hazırlamaq və yaymaqla həyata keçirməlidir.
KİV cəmiyyətlə dövlət, ictimaiyyətlə
və vətəndaşlarla
hakimiyyət strukturları
arasında bir növ əlaqələndirici
həlqə rolunu oynayır. Bu mənada,
yazılı mətbuat,
elektron kütləvi informasiya vasitələri yeni dövrdə sadəcə informasiya vermək, maarifləndirmək
və əyləndirmək
kimi funksiyalarla məhdudlaşmırlar. Onlar eyni
zamanda ictimai nəzarətçi, tənqidçi,
müdafiəçi kimi
funksiyaları özündə
daşıyırlar. Bundan başqa,
media cəmiyyət həyatının
müxtəlif sahələrinə
aid aktual problemlər,
ictimaiyyəti maraqlandıran
ayrı-ayrı məsələlər
üzrə ictimai müzakirə açmaqla,
diskussiyalar təşkil
etməklə, müxtəlif
rəylər formalaşdırmaqla
kommunikativ funksiya həyata keçirir.
Hər bir dövlətdə demokratiyanın
səviyyəsi söz
və mətbuat azadlığının müəyyən
olunmuş səviyyəsi
ilə ölçülür. KİV-in, jurnalistikanın vəziyyəti,
söz və mətbuat azadlığının
səviyyəsi demokratiyanın
“barometridir”. Demokratik dəyərlərə
yüksək sadiqlik nümayiş etdirən Azərbaycanda bu gün kütləvi informasiya vasitələrinin
sərbəst fəaliyyəti,
jurnalistlərin müstəqilliyi,
bir sözlə, açıq cəmiyyət
quruculuğu istiqamətində
kompleks tədbirlər
həyata keçirilib,
söz və mətbuat azadlıqları
tam təmin olunub.
Prezident İlham Əliyev mətbuatla bağlı müxtəlif dövrdə
verdiyi açıqlamalar
bir daha göstərir ki, ölkə rəhbəri demokratik proseslərin dərinləşdirilməsində, mülki cəmiyyət quruculuğunda medianın imkanlarını və rolunu yüksək dəyərləndirir. Qəzetlərin
fəaliyyətindəki çatışmazlıqları,
üstün cəhətləri
incəliklərinə qədər
diqqətə çatdıran
dövlət başçısı
ölkədə jurnalist
peşəkarlığının artırılması, KİV-in iqtisadi
müstəqilliyinin təmini
üçün reklam
bazarının inkişaf
etdirilməsi, peşə
etikasına ciddi riayət edilməsi, milli mənəvi dəyərlərin qorunması,
vətənpərvərlik təbliğatının gücləndirilməsi
ilə bağlı da fikirlərini açıqlamışdır.
Prezident
İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin,
Asiya və Sakit Okean Ölkələri
İnformasiya Agentlikləri
Təşkilatının (OANA) XVI Baş Assambleyasının
birgə açılış
mərasimində bildirib:
“Bu gün Azərbaycanda
40-dan artıq gündəlik,
200-dən artıq həftəlik
və aylıq qəzetlər fəaliyyət
göstərir. Ölkə ərazisində
10 milli, 1 peyk, 13
regional və 17 kabel televiziyası yayımlanır.
Azərbaycan internetin tam azad
olduğu ölkədir
və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir.
Ölkə əhalisinin sayı
təqribən 10 milyon
nəfərdir və Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur.
Bu rəqəm onu
nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı çox uğurlu olub. Biz məqsədimizə
nail olmuşuq və bu 25 il ərzində
siyasi və iqtisadi islahatlarla yanaşı, transformasiya keçmiş sahələrdən
biri demokratik inkişaf istiqamətindəki
islahatlar olub”.
Ölkə rəhbəri respublikada kütləvi informasiya vasitələrinin sərbəst
fəaliyyətinin, jurnalistlərin
öz iradələrini
azad şəkildə
ifadə etməsinə
bütün imkanların
yaradılmasının tərəfdarı
kimi çıxış
edir. Milli mətbuatın qabaqcıl
dövlətlərin mütərəqqi
ənənələrinə əsaslanmaqla, eyni zamanda, xalqın tarixi-milli xüsusiyyətlərini
qorumaqla inkişaf etməsini vacib sayır.
Dövlət başçısı ilk gündən
respublikada mətbu nəşrlərin sərbəst
fəaliyyətinə, jurnalistlərin
öz iradələrini
azad şəkildə
ifadə etməsinə
lazımi şəraitin
yaradılmasının tərəfdarı
olduğunu bəyan etmişdir. 2005-ci il 21 iyul tarixdə “Azərbaycan mətbuat işçilərinin təltif
edilməsi haqqında”,
“Azərbaycan mətbuat
işçilərinə fəxri
adların verilməsi
haqqında”, habelə
“Kütləvi informasiya
vasitələrinə maliyyə
yardımı göstərilməsi
haqqında” sərəncamların
imzalanması jurnalistlərin
əməyinə yüksək
qiymət verildiyini göstərmişdir.
Prezident
İlham Əliyevin
2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi
informasiya vasitələrinə
birdəfəlik maliyyə
yardımı göstərilməsi
haqqında”, eləcə
də “Azərbaycan Respublikasında kütləvi
informasiya vasitələrinin
inkişafına dövlət
dəstəyi konsepsiyasının
təsdiq edilməsi haqqında” sərəncamları
isə təsdiqləmişdir
ki, Azərbaycanda mətbuata göstərilən
dövlət qayğısı
davamlı və sistemli səciyyə daşıyır. Belə bir
konsepsiyanın imzalanması
milli mətbuatın problemlərinin həllində
keyfiyyətcə yeni mərhələnin əsasını
qoymuşdur. Mətbuata dövlət
dəstəyi konsepsiyasının
imzalanması dövlət
orqanları ilə kütləvi informasiya vasitələri arasında
səmərəli əməkdaşlıq
münasibətlərinin inkişaf
etdirilməsi, kütləvi
informasiya vasitələrinin
iqtisadi müstəqilliyinin
və jurnalistlərin
peşəkarlığının artırılması, vətəndaş
cəmiyyəti quruculuğunda
kütləvi informasiya
vasitələrinin rolunun
gücləndirilməsi məqsədindən
irəli gəlmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması haqqında”
sərəncamı da
məhz Azərbaycan Respublikasında kütləvi
informasiya vasitələrinin
inkişafına dövlət
dəstəyi konsepsiyasında
əksini tapmış
məsələlərin praktik
surətdə gerçəkləşdirilməsi
baxımından mühüm
əhəmiyyət kəsb
edir.
2010-cu ildə Mətbuat Şurasının yeni ofisinin istifadəyə verilməsi, milli mətbuatın 135 illik yubileyinin keçirilməsi,
40-dək qəzetə və
kütləvi informasiya
vasitəsinə birdəfəlik
maliyyə yardımlarının
edilməsi, mətbuatın
inkişafında rolu olan jurnalistlərin mükafatlandırılması, onların mənzil probleminin həlli üçün Prezidentin
Ehtiyat Fondundan 5 milyon manat vəsaitin
ayrılması da bu sahəyə yüksək diqqət və qayğının bariz təcəssümüdür.
Xüsusi vurğulamaq lazımdır
ki, mətbuat işçiləri üçün
dövlət hesabına
yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır.
2010-cu ilin dekabrında
həmin binanın tikintisi üçün Bakıda torpaq sahəsi ayrıldı və iyulun 22-də 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina tikilərək jurnalistlərin istifadəsinə
verildi. Ölkə başçısı mətbuat işçilərinin
sosial müdafiəsinin
gücləndirilməsi sahəsində
həyata keçirilən
tədbirlərin müsbət
təcrübəsini nəzərə
alaraq, bu istiqamətdə aparılan
işlərin davam etdirilməsi məqsədilə
növbəti sərəncam
imzaladı. Sərəncama
əsasən, mətbuat
işçiləri üçün
növbəti yaşayış
evinin tikintisi ilə bağlı
2013-cü il dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan vəsait ayrıldı.
Prezident
İlham Əliyevin 2 iyun 2015-ci il
tarixində Azərbaycan
milli mətbuatının
140 illik yubileyinin respublikada geniş qeyd olunması barədə sərəncam
imzalaması və bu istiqamətdə ölkə üzrə silsilə tədbirlərin
keçirilməsi dövlət
başçısının mətbuata qayğısının
bir daha əyani nümayişi oldu. Bayram ərəfəsində isə ölkə başçısının sərəncamı
ilə jurnalistlərin
böyük bir qrupunun - 200-ə yaxın mətbuat işçisinin
orden, medal və fəxri adlarla təltif olunması bu sahəyə verilən diqqəti göstərdi.
Yeni dünya düzəninin diktə etdiyi qaçılmaz reallıqlar fonunda hər bir dövlətin milli təhlükəsizlik konsepsiyası onun təbii-bioloji ehtiyatlarından, iqtisadi potensialından, dünya siyasətindəki rolundan asılı olaraq müxtəlif məqsədlər üzərində qurulur. Milli təhlükəsizlik problemi özlüyündə mürəkkəb struktura malik olmaqla, dövlətin milli maraqlara hədəflənən müstəqil və qətiyyətli siyasət yürütməsini, habelə ictimai quruluşun, insan hüquq və azadlıqlarının qorunması, informasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərini özündə ehtiva edir. Bu mənada, yeni dövrdə ölkə mediasının da üzərinə mühüm vəzifələr düşür. İlk növbədə, mətbuatda peşəkarlıq əsas normalardan birinə çevrilməli, KİV-də milli maraqların qorunması hər bir jurnalist üçün vacib mənəvi məsələ olmalıdır. Demokratik cəmiyyətdə bütün məsələlərin inzibati yolla tənzimlənməsinin qeyri-mümkünlüyü nəzərə alınmaqla, jurnalistlərin xəbər yayımında ehtiyatlı davranmaları, bu zaman milli təəssübkeşlik mövqeyi nümayiş etdirmələri yeni dövrün diktə etdiyi obyektiv reallıqdır.
Bu səbəbdən sizin bugünkü toplantınız və konqresiniz bu mühüm məsələləri nəzərdən keçirəcək. Hamımız azad medianın tərəfdarıyıq. Hamımızın, xüsusilə də 70 il Sovet İttifaqının tərkibində yaşamış Azərbaycan kimi dövlətlərin doğru məlumata ehtiyacı var. O dönəmdə yalnız vahid rəsmi siyasət və vahid ideologiya mövcud idi və bizim heç bir məlumata çıxışımız yox idi. Təkcə bizim deyil, bütün ölkələrin və xalqların həqiqətən nələrin baş verdiyi ilə bağlı məlumat əldə etmək hüququ var. Əminəm ki, siz bu məsələləri müzakirə edəcəksiniz və Bakı Konqresi fəaliyyətinizdə mühüm addım olacaq”.
Ölkənin iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir şəraitdə mətbuatın üzərinə düşən vəzifələr nisbətən fərqli mahiyyət kəsb etməlidir. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Yayımlanması qanunla tənzimlənməyən xəbər milli maraqlara xələl gətirirsə, onun yayılması mənəvi-etik baxımdan yolverilməz sayılmalıdır. Mətbuatın inkişafına göstərilən bu yüksək diqqət və qayğı müqabilində ölkə rəhbərliyinin mətbuatla bağlı gözləntiləri tamamilə obyektiv xarakter daşıyır. Daha dəqiqi, mətbuatdan yalnız qanunlara, peşə etikasına hörmət, milli-mənəvi dəyərlərə sədaqət, dövlət və xalq maraqlarına təəssübkeş, vətənpərvər münasibət istənilir.
Elnur HACALIYEV,
Azərbaycan.- 2016.- 18 noyabr.- S. 1, 4.