Latviya Respublikasının Prezidenti
Zati-aliləri cənab
Raymonds Veyonisə
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü
münasibətilə Sizə
və xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən
məmnunluq duyuram.
İnanıram ki, Azərbaycan-Latviya münasibətlərinin inkişafı,
ənənəvi dostluq
əlaqələrimizin möhkəmlənməsi,
əməkdaşlığımızın
bütün sahələrdə
genişlənməsi istiqamətində
birgə səylərimizi
bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 noyabr 2016-cı il.
Azərbaycan.- 2016.- 18 noyabr.- S. 3.