Bakı Konqresi mühüm əhəmiyyətə
malikdir
Bakı Konqresi xəbər agentliklərinin qarşısında
duran ümumi vəzifə və məqsədləri, medianın
inkişaf perspektivlərini
müzakirə etmək
imkanı yaradır. Konqres medianın
bu günü və gələcəyi baxımından mühüm
əhəmiyyətə malikdir.
AZƏRTAC
xəbər verir ki, bu sözləri
Bakıda keçirilən
Dünya Xəbər Agentliklərinin V Konqresinin,
Asiya və Sakit Okean Ölkələri
İnformasiya Agentlikləri
Təşkilatının (OANA) XVI Baş Assambleyasının
iştirakçısı Avropa
Xəbər Agentlikləri
Alyansının (EANA) və
İsveçin TT agentliyinin
prezidenti Yonas Erikson deyib.
Konqresin təşkilatçılığını yüksək qiymətləndirən
Y.Erikson medianın əsas vəzifəsinin xəbəri doğru və qərəzsiz çatdırmaq olduğunu
qeyd edib. Deyib
ki, Konqres informasiya agentliklərinin gələcəkdə
daha obyektiv və doğru xəbər çatdırmaq
imkanlarının inkişaf etdirilməsinə
mühüm töhfə verə bilər.
Azərbaycan.- 2016.- 18 noyabr.- S. 5.