AMEA-da beynəlxalq elmi konfrans
Azərbaycan dünya elminə böyük töhfələr
bəxş edən ölkələr sırasındadır. Respublikamızda elmin müxtəlif istiqamətlərində, o cümlədən
fəlsəfə sahəsində
əhəmiyyətli nailiyyətlər
qazanılıb. Azərbaycan elmi-fəlsəfi
fikrinin dünya elminə inteqrasiyası isə bu gün
qarşıda duran ən aktual vəzifələrdən biridir.
AMEA Fəlsəfə İnstitutu,
Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondu, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və AMEA-nın Gənc Alim və Mütəxəssislər
Şurasının birgə
təşkilatçılığı ilə “Dünya Fəlsəfə Günü”nə
həsr edilən beynəlxalq elmi konfransda bu barədə
ətraflı söhbət
aparıldı.
AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə
elmlər doktoru,
professor İlham Məmmədzadə
konfransı açaraq
“Fəlsəfə və
multikulturalizm” mövzusunda
məruzə ilə çıxış etdi. O, bildirdi
ki, hər il noyabr ayının
ortalarında (17-18 noyabr
tarixləri) “Dünya
Fəlsəfə Günü”nün
keçirilməsində əsas
məqsəd hazırda
baş verən qlobal sosial-mədəni dəyişikliklərin müzakirəsinin
ümumi platformasını
tapmaq, insanları fəlsəfi irsin qorunmasına cəlb etmək, yeni ideyalar üçün təfəkkür dairəsini
genişləndirmək, vətəndaş
cəmiyyətinin və
görkəmli alimlərin
açıq debatlarını
təşkil etməkdir.
Tədbirdə vurğulandı ki, hazırda 70-dən çox
ölkədə “Dünya
Fəlsəfə Günü”
UNESCO-nun təşkilatçılığı
ilə beynəlxalq konfranslar, “dəyirmi masa” və seminarlar,
fəlsəfənin aktual
problemlərinə həsr
olunmuş kitabların
sərgisi ilə qeyd olunur.
Fransada Şərq Dilləri və Mədəniyyəti
İnstitutunu bitirən,
uzun müddət Sorbonna Universiteti nəzdində fəaliyyət
göstərən Elmi
Tədqiqatlar üzrə
Milli Mərkəzin direktoru, professor Fransua Jorjonun “Əhmədbəy
Ağaoğlunun sivilizasiya
konsepsiyası” mövzusundakı
məruzəsi isə
daha çox yaddaqalan hesab edilib.
Livandan olan professor Mahmud Haydarın
“Tolerantlıq fəlsəfəsi:
dini teistik və əxlaq aspektləri”, professor Zümrüd
Quluzadənin “Azərbaycan
fəlsəfə və
mədəniyyət tarixinin
çoxcildliklərinin yeni
dövrdə nəşri
məsələləri”, AMEA Fəlsəfə İnstitutunun
əməkdaşı, filologiya
üzrə elmlər doktoru Zöhrə Əliyevanın “Multikultural
vətəndaşlıq məsələsinə
dair”, filologiya üzrə elmlər doktoru Füzuli Qurbanovun “Tolerantlıq və sosial fəallıq: özgəsi
ilə dialoqun sərhədləri” məruzələri
ətrafında aparılan
geniş diskussiyalar da maraqla qarşılandı.
Məruzə və çıxışlarda
Azərbaycandakı mövcud
tolerantlıq mühiti
və multikulturalizm ənənələrinə sadiqliyin
dövlət siyasətinin
tərkibi olduğu xüsusi vurğulandı.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.- 2016.- 18 noyabr.- S. 7.