Voleybol üzrə qadınlar arasında
Avropa çempionatının final mərhələsinin 2017-ci ildə
Bakı şəhərində keçirilməsi üzrə
Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Avropa Voleybol Konfederasiyasının 2016-cı ilin sentyabr ayındakı yığıncağında 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 3 qrup oyununun, play-off mərhələsi oyunlarının və final oyununun 19 sentyabr-01 oktyabr tarixlərində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycan Respublikasının idman sahəsində qazandığı nailiyyətlərə verilən yüksək qiymətin təzahürüdür. Ölkədə beynəlxalq səviyyəli tədbirlərin, xüsusən ilk Avropa Oyunlarının və Ümumdünya Şahmat Olimpiadasının, eləcə də bir çox idman növləri üzrə Dünya və Avropa çempionatlarının, Dünya Kuboku və Qran-Pri yarışlarının təşkilinin ənənəvi hal alması bu Avropa çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inam yaradır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Bakı şəhərində 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. 2017-ci ilin sentyabr-oktyabr aylarında Bakı şəhərində voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat
Komitəsinin sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Təşkilat
Komitəsinin üzvləri
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsininvitse-prezidenti
Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov - Azərbaycan
Respublikasının daxili
işlər naziri
Kəmaləddin Heydərov - Azərbaycan
Respublikasının fövqəladə
hallar naziri
Samir Şərifov - Azərbaycan
Respublikasının maliyyə
naziri
Mikayıl Cabbarov
- Azərbaycan
Respublikasının təhsil
naziri
Ziya Məmmədov
- Azərbaycan
Respublikasının nəqliyyat
naziri
Oqtay Şirəliyev -
Azərbaycan Respublikasının
səhiyyə naziri
Əbülfəs Qarayev - Azərbaycan
Respublikasının mədəniyyət
və turizm naziri
Ramin Quluzadə
- Azərbaycan
Respublikasının rabitə
və yüksək texnologiyalar naziri
Mədət Quliyev -
Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi
Elçin Quliyev -
Azərbaycan Respublikası
Dövlət Sərhəd
Xidmətinin rəisi
Cahangir Əsgərov
- “Azərbaycan
Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev -
“Azərişıq” Açıq
Səhmdar Cəmiyyətinin
sədri
Çingiz Hüseynzadə - Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Ağacan
Abiyev
- Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi
Faiq Qarayev
- Azərbaycan
Voleybol Federasiyasının
vitse-prezidenti
2.Bu sərəncamın 1-ci hissəsi
ilə yaradılmış
Təşkilat Komitəsi
2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin
Bakı şəhərində
keçirilməsinə dair
Tədbirlər Planını
hazırlayıb həyata
keçirsin.
3.Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
18 noyabr 2016-cı il
Azərbaycan.- 2016.- 19 noyabr.- S. 2.