“Ədliyyə
orqanlarının inkişafı haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli
446 nömrəli Fərmanında dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 8, maddə 671; 2007, ¹ 12, maddə 1223; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 80, ¹ 7, maddə 622; 2012, ¹ 12, maddə 1273) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü hissədə “380” rəqəmləri “420” rəqəmləri ilə əvəz edilsin.
2. Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strukturu” üzrə:
2.1. 2-ci hissəyə aşağıdakı məzmunda on üçüncü bənd əlavə edilsin:
“İnformasiya-kommunikasiya texnologiyaları idarəsi”;
2.2. 3-cü hissədə:
2.2.1. altıncı bənd aşağıdakı redaksiyada verilsin:
“Regional, yerli və digər
qurumlar”;
2.2.2. yeddinci
bənd ləğv edilsin.
3. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
aparatının işçilərinin
sayında bu fərmanın 1-ci hissəsinə
uyğun olaraq edilən dəyişiklik Azərbaycan Respublikası
Nazirlər Kabinetinin ədliyyə orqanları işçiləri üçün
müəyyən etdiyi
say həddi daxilində
həyata keçirilsin.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 noyabr
2016-cı il
Azərbaycan.- 2016.- 19 noyabr.- S. 2.