Asiya və Sakit Okean Ölkələri İnformasiya
Agentlikləri Təşkilatının XVI Baş
Assambleyası işini başa
çatdırıb AZƏRTAC noyabrın 18-dən 2016-2019- cu illərdə OANA-da sədrliyə
başlayıb
Heydər
Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı
ilə noyabrın 18-də Bakıda, “Absheron Marriott Baku” otelində
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri
Təşkilatının (OANA) XVI Baş Assambleyasının
plenar sessiyaları keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyalardan əvvəl OANA İcraiyyə Komitəsinin 40-cı iclası olub.
İclasda OANA-nın prezidenti, TASS informasiya agentliyinin baş direktoru Sergey MİXAYLOV üç gün ərzində Bakıda keçirilən tədbirlərin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə bütün iştirakçılar adından Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, AZƏRTAC-ın baş direktoru Aslan Aslanova təşəkkür etdi. S.Mixaylov bu iclasın TASS agentliyinin sədrliyi ilə keçirilən sonuncu iclas olduğunu xatırlatdı və OANA-nın üzvlərinin bu təşkilatın inkişafına, informasiya agentlikləri arasında əməkdaşlığın möhkəmlənməsinə verdikləri töhfəyə görə onlara minnətdarlığını bildirdi.
Sergey Mixaylov bu gün dünyanın 35 ölkəsindən 44 informasiya agentliyini birləşdirən OANA-nın yaradılması tarixindən danışaraq dedi: “Bu gün OANA Asiya-Sakit Okean regionunda birbaşa və sərbəst informasiya mübadiləsi üçün ən iri media məkanıdır. Dünya informasiya axınının xeyli hissəsi – bu axının ümumi həcminin üçdə ikisi bizim təşkilatın iştirakçısı olan ölkələrin payına düşür. Ona görə də TASS bu nüfuzlu beynəlxalq təşkilatın sədri vəzifəsində artıq sabitləşmiş ənənələri qoruyub saxlamağa, OANA-nın fəaliyyətini aktuallaşdırmağa və müasir informasiya məkanının çağırışlarına birgə səylərlə cavab tapmağa çalışıb”.
S.Mixaylov çıxışının sonunda OANA-nın bundan sonra da görüşmək, təcrübə mübadiləsi aparmaq, mürəkkəb problemlərin birgə həlli yollarını tapmaq imkanına malik bir məkan kimi qalması arzusunu bildirdi.
Sonra XVI Baş Assambleyanın gündəliyi təsdiqləndi, qurumun maliyyə hesabatı dinlənildi.
Daha sonra XVI
Baş Assambleya plenar sessiyalarla davam etdi.
OANA-nın baş katibi, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail QUSMAN təşkilatın ali orqanının toplantısında 40 agentliyin
80-dən çox rəhbərinin
və təmsilçisinin
iştirak etdiyini bildirdi.
Sonra
OANA-nın XVI Baş Assambleyasının
gündəliyi səsə
qoyularaq təsdiq edildi.
OANA-nın prezidenti,
Rusiyanın TASS agentliyinin
baş direktoru Sergey
MİXAYLOV çıxış edərək vurğuladı
ki, son illər informasiya texnologiyalarının
inkişafı nəticəsində
sosial şəbəkələrin
sürətli tərəqqisi
media məkanında yeni
dövrün yaranmasına
səbəb olub. Məhz bu
yeni dövrdə, xüsusən də jurnalistlərin bəzi ölkələrdə zorakılıqlara
məruz qalmaları halları nəzərə
alınaraq, OANA-nın
tərkibində etika komitəsi yaradılıb.
OANA-nın bir sıra regional və beynəlxalq qurumlarla fəal əməkdaşlıq
etdiyini deyən S.Mixaylov jurnalistikanın inkişafında xidmətləri
olan şəxslər
üçün xüsusi
mükafatın təsis
edildiyini diqqətə
çatdırdı.
Sonra üzv agentliklər arasında keçirilən “OANA Mükəmməllik
Mükafatı” müsabiqəsinin
qalibləri – Koreya Respublikasının Yonhap agentliyinin əməkdaşı
Tae Sunq Cunq və Rusiyanın TASS agentliyinin nümayəndəsi
Andrey Lebedev təltif edildilər.
OANA-nın maliyyə
hesabatı dinlənildi
və səsə qoyularaq təsdiq olundu. Baş Assambleyanın iştirakçıları
təşkilatın texniki
və etika komitələrinin hesabatlarını
da təsdiqlədilər.
Daha sonra
OANA-nın rəhbər
strukturlarının tərkibi
formalaşdırıldı.
2013-cü ildə Moskvada
keçirilən XV Baş
Assambleyada gizli səsvermə yolu ilə 2016-2019-cu illərdə
OANA-nın prezidenti hüququnu qazanmış Aslan Aslanov yenidən
açıq səsvermə
ilə prezidentlik səlahiyyətlərinin icrasına
başladı.
Rusiyanın TASS, Çinin Sinxua,
Koreyanın Yonhap və Türkiyənin Anadolu agentliklərinin rəhbərləri isə
OANA-nın vitse-prezidentləri
seçildilər.
OANA-nın İcraiyyə Komitəsinin üzvlüyünə
isə İranın
İRNA, Bəhreynin BNA, Vyetnamın
VNA, Livanın NNA, Avstraliyanın
AAP, Yaponiyanın Kyodo, Hindistanın
PTİ, Malayziyanın Bernama
agentliklərinin rəhbərləri
seçildilər.
OANA-nın yeni prezidenti, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov çıxış
edərək göstərilən
yüksək etimada və dəstəyə görə minnətdarlığını
bildirdi. Baş direktor noyabrın 16-17-də
Bakıda keçirilən
Dünya Xəbər Agentliklərinin V Konqresinin
beş sessiyasında dünyanın ən nüfuzlu xəbər agentliklərinin və beynəlxalq media qurumlarının
rəhbərlərinin, bu
sahədə tanınmış
ekspertlərin iştirakı
ilə müasir dövrdə medianın qarşılaşdığı problemlər, qlobal informasiya siyasətinin əsas istiqamətlərinin
müəyyənləşməsi və digər mühüm məsələlərlə
bağlı səmərəli
müzakirələrin aparıldığını
vurğuladı.
Dünya
Xəbər Agentliklərinin
V Konqresində və
OANA-nın XVI Baş Assambleyasında iştirak
etmək üçün
ölkəmizə gəldiklərinə
görə qonaqlara minnətdarlığını bildirən Aslan Aslanov dedi: “2013-cü ildə OANA-nın Moskvada keçirilən Baş Assambleyasında
AZƏRTAC-a göstərdiyiniz böyük dəstəyə,
agentliyimizin OANA-da sədrliyə başlaması
ilə əlaqədar
verdiyiniz səsə və bu gün
bir daha həmin səsinizi təsdiq etdiyinizə görə hər birinizə təşəkkür
edirəm. Siz bu gün öz
səsinizlə dünyanın
35 ölkəsinin 44 agentliyini
sıralarında birləşdirən,
beynəlxalq informasiya
məkanının böyük
hissəsini əhatə
edən mötəbər
təşkilatın nüfuzunun
daha da artırılması,
görülən işlərin
daha yüksək səviyyəyə çatdırılması
məsələsində AZƏRTAC-a böyük etimad göstərdiniz”.
OANA-nın inkişafında
təşkilata üzv
olan hər bir agentliyin mühüm rolunu xüsusi vurğulayan Aslan Aslanov qurumun
saytında üzv agentliklərin hər birinin öz ölkələrinin, o cümlədən
regionun ictimai-siyasi həyatını əks etdirən xəbərlərin
yerləşdirilməsinin informasiya
və təcrübə
mübadiləsi baxımından
önəmini diqqətə
çatdırdı. OANA-nın inkişafında və nüfuzunun artmasında Rusiyanın
TASS agentliyinin rolunu xüsusi qeyd edən təşkilatın
yeni prezidenti bildirdi ki, AZƏRTAC TASS-ın təcrübəsindən
istifadə edərək
qurumun inkişafına
öz töhfələrini
verəcək.
Göstərilən yüksək etimada görə üzv agentliklərin rəhbərlərinə
bir daha təşəkkürünü bildirən Aslan Aslanov qeyd etdi
ki, AZƏRTAC OANA-ya sədrliyi dövründə
üzv agentliklərin
hər birinə yüksək diqqət göstərəcək, bu
təşkilatın inkişafında,
o cümlədən qurumun
internet səhifəsinin daha
da təkmilləşməsində
səylərini əsirgəməyəcək. Aslan Aslanov dedi: “Sizi əmin edirəm ki, AZƏRTAC
OANA-ya sədrliyi dövründə təşkilata
üzv olan hər bir agentliyə
yüksək diqqət
göstərəcək, qarşılıqlı
faydalı əməkdaşlığın
qurulmasına, agentliklər
arasında təcrübə
mübadiləsinin genişləndirilməsinə
çalışacaq. Göstərilən etimada görə hər birinizə bir daha təşəkkürümü
bildirir, sizə uğurlar arzulayıram”.
Nizamnaməyə uyğun olaraq, yeni prezident Aslan Aslanovun təklifi ilə
AZƏRTAC-ın Almaniya
üzrə xüsusi müxbiri Vüqar Seyidov təşkilatın
baş katibi vəzifəsinə seçildi.
Təşkilatın texniki komitəsinin üzvlüyünə
Azərbaycandan AZƏRTAC, Rusiyadan
TASS, İrandan Mehr, Monqolustandan Montsame, İndoneziyadan Antara, Qazaxıstandan Kazinform, Küveytdən KUNA agentlikləri
seçildilər.
Səsvermə nəticəsində AZƏRTAC, Vyetnamın WAM, Yaponiyanın
Kyodo, Avstraliyanın AAP agentlikləri
isə etika komitəsinin üzvləri
oldular.
İclasda OANA-nın XVII Baş
Assambleyasına ev sahibliyi etmək üçün Koreya Respublikasının Yonhap agentliyinin öz namizədliyini irəli sürdüyü
bildirildi.
Yonhap agentliyinin prezidenti Park No-Hvanq TASS agentliyinin son üç il
ərzində OANA-ya uğurla sədrlik etdiyini vurğuladı. O,
OANA-nın prezidenti vəzifəsinə seçilməsi
münasibətilə AZƏRTAC-ın baş direktoru Aslan Aslanova təbriklərini çatdırdı. Park No-Hvanq AZƏRTAC-ın
2016-2019-cu illərdə bu
mötəbər quruma
yüksək səviyyədə
sədrlik edəcəyinə
əminliyini bildirərək,
bu mühüm və şərəfli vəzifədə agentliyə
uğurlar arzuladı.
Ölkəsinin OANA-nın
XVII Baş Assambleyasına
ev sahibliyi
edəcəyini bildirən
Park No-Hvanq dedi ki, Yonhap agentliyi
2019-2022-ci illərdə bu
təşkilata uğurla
sədrlik etmək əzmindədir.
Təklif səsə qoyularaq qəbul olundu.
Beləliklə, Asiya və Sakit
Okean Ölkələri
İnformasiya Agentlikləri
Təşkilatının XVII Baş Assambleyası
2019-cu ildə Koreya Respublikasının paytaxtı
Seulda keçiriləcək
və Yonhap agentliyi 2019-2022-ci illərdə
OANA-ya sədrlik edəcək.
Baş Assambleyaya yekun vuran Mixail Qusman
həm Dünya Xəbər Agentliklərinin
V Konqresinin, həm də OANA-nın XVI Baş Assambleyasının
yüksək səviyyədə
keçirilməsinə görə
Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fonduna və AZƏRTAC-a iştirakçılar adından
dərin minnətdarlığını
bildirdi. Heydər Əliyev Fondunun dünyanın müxtəlif
ölkələrində mühüm
layihələr həyata
keçirdiyini qeyd edən Mixail Qusman AZƏRTAC-a həm Dünya Xəbər Agentlikləri
Konqresinə, həm də OANA-ya sədrlik fəaliyyətində
uğurlar arzuladı.
Sessiyalardan sonra OANA-nın İcraiyyə Komitəsinin
41-ci iclası oldu. İclasda XVI Baş Assambleyanın uğurla keçdiyi vurğulandı, üzv agentliklər arasında əlaqələrin daha da genişləndirilməsi
məsələlərinə toxunuldu, OANA-nın perspektiv inkişafı ilə bağlı yeni formalaşdırılmış
İcraiyyə Komitəsinin
üzvlərinin təklifləri
dinlənildi. İclasın iştirakçıları bir
daha əmin olduqlarını bildirdilər
ki, AZƏRTAC-ın sədrliyi dövründə
OANA-nın fəaliyyəti
yeni təşəbbüslər
və ideyalarla daha da zənginləşəcək.
Sonda XVI Bakı
Baş Assambleyanın
iştirakçıları xatirə şəkli çəkdirdilər.
Bununla da
OANA-nın XVI Baş Assambleyası işini başa
çatdırdı.
Azərbaycan.- 2016.- 19 noyabr.- S. 4,
5.