OANA-ya 2016-2019-cu illərdə sədrlik Rusiyanın TASS agentliyindən
AZƏRTAC-a keçib
Asiya və Sakit Okean Ölkələri
İnformasiya Agentlikləri
Təşkilatına (OANA) 2016-2019-cu illərdə sədrlik Rusiyanın TASS agentliyindən
AZƏRTAC-a keçib.
Bu barədə qərar
Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Asiya və Sakit Okean
Ölkələri İnformasiya
Agentlikləri Təşkilatının
Bakıda keçirilən
XVI Baş Assambleyasında
təsdiqlənib.
Assambleyada AZƏRTAC-ın baş direktoru Aslan Aslanov OANA-nın prezidenti vəzifəsinin icrasına başlayıb.
Tədbirdə, həmçinin İcraiyyə
Komitəsinin yeni üzvləri seçilib.
Qeyd edək ki, AZƏRTAC OANA-ya 2004-cü ilin
sentyabrında üzv qəbul olunub. 2007-ci il dekabrın
12-də OANA-nın İndoneziyanın paytaxtı Cakartada keçirilən XIII Baş
Assambleyasında AZƏRTAC bu qurumun rəhbər orqanı olan
İcraiyyə Komitəsinin üzvü,
2013-cü il sentyabrın 18-22-də Moskvada keçirilən XV Baş
Assambleyada AZƏRTAC-ın baş direktoru OANA-nın
vitse-prezidentlərindən biri seçilib. Həmin toplantıda gizli səsvermə nəticəsində
AZƏRTAC 2016-2019-cu illərdə bu təşkilata
sədrlik etmək hüququ qazanıb.
Azərbaycan.- 2016.- 19 noyabr.- S. 5.