“Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1381-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 8, maddə 603; 2006, N 6, maddə 482; 2007, N 8, maddə 745; 2008, N 3, maddə 154; 2009, N 12, maddə 948; 2011, N 11, maddə 983; 2012, N 6, maddə 509, N 7, maddə 668, N 11, maddə 1053; 2013, N 6, maddələr 607, 623, N 7, maddə 791, N 12, maddə 1484; 2014, N 1, maddə 7, N 2, maddə 97, N 6, maddələr 597, 604; 2015, N 3, maddə 255; 2016, N 4, maddə 645, N 6, maddə 990, N 7, maddə 1244) 6.3-cü maddəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 oktyabr 2016-cı il
Azərbaycan.- 2016.- 20 noyabr.- S. 2.