“Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans Anadolu təbii qaz sisteminə dairAnlaşma Memorandumunun təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair” 2014-cü il mayın 26-da Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 20 noyabr.- S. 2.