“Azərbaycan
Respublikası Hökuməti ilə Fələstin Dövləti
Hökuməti arasında diplomatik pasportu olan müvafiq
vətəndaşların viza tələbindən
azad edilməsi haqqında” Sazişin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Fələstin Dövləti Hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında” 2016-cı il mayın 19-da Ramallah şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr
2016-cı il
Azərbaycan.- 2016.- 20 noyabr.- S. 2.