“Azərbaycan
Respublikası Hökuməti ilə Malta
Respublikası Hökuməti arasında gəlirlərə
görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan
qaldırılması və vergidən yayınmanın
qarşısının alınması haqqında”
Konvensiyanın və onun Protokolunun
təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” 2016-cı il aprelin 29-da Bakı şəhərində imzalanmış Konvensiya və onun Protokolu təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr
2016-cı il
Azərbaycan.- 2016.- 20 noyabr.- S. 2.