Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 797; 2014, ¹ 11, maddələr 1351, 1357, ¹ 12, maddə 1539; 2015, ¹ 3, maddə 259, ¹ 6,  maddə 689, ¹ 12, maddə 1436; 2016, ¹ 2 (II kitab), maddə 214, ¹ 6,  maddələr 970, 988, 1008, ¹ 7, maddə 1246) aşağıdakı dəyişikliklər edilsin:

1. 38.5-ci maddə ləğv edilsin.

2. 38.6-cı və 38.7-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“38.6. Elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 günü müddətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.

38.7. “ASAN Vizasistemi elektron vizaların verilməsi və ya verilməsindən imtina ilə bağlı məlumatları, habelə elektron müraciət formasında nəzərdə tutulan məlumatları “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemininVizaaltsistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanına göndərir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 noyabr 2016-cı il

 

Azəörbaycan.- 2016.- 22 noyabr.- S.3.