“Reklam
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 26-cı bəndini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununu “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 7, maddə 812) 33.2.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanında” sözləri “maliyyə bazarlarına nəzarət orqanında” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr
2016-cı il
Azərbaycan.- 2016.- 20 noyabr.- S. 3.