“Qiymətli
kağızlar bazarı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununu “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 7, maddə 813; 2016, ¹ 3, maddə 411) aşağıdakı dəyişikliklər edilsin:
1. Mətn üzrə ismin müvafiq hallarında “maliyyə bazarlarında nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
2. 16.1-ci maddənin üçüncü cümləsindən “, habelə bu qanunun 89.2-ci maddəsi ilə müəyyən edilmiş məqsədlərə” sözləri çıxarılsın.
3. 87-ci maddənin birinci hissəsində “nəzarəti” sözü “nəzarət” sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr
2016-cı il
Azərbaycan.- 2016.- 20 noyabr.- S. 4.