Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə 2015-ci il oktyabrın 30-da Düşənbə şəhərində Azərbaycan Respublikası Hökumətinin qeyd-şərtlə imzaladığı Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 noyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 20 noyabr.- S. 2.