“Coğrafi obyektlərin adları haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 10 mart tarixli 729 nömrəli Fərmanında və
Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 21 dekabr tarixli 2621 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “2013-2017-ci illərdə
Azərbaycan Respublikasında
rəsmi statistikanın inkişafı Dövlət
Proqramı”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 593 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:
1. “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 729 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 3, maddə 178) 2.4-cü bəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 2621 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 12, maddə 1315; 2014, N 2, maddə 112, N 5, maddə 477, N 9, maddə 1027; 2016, N 2, II kitab, maddə 251) ilə təsdiq edilmiş “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nın “6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 6.4.9-cu yarımbəndinin “İcraçılar” sütununda “DTXK” abreviaturası “ETSN” abreviaturası ilə əvəz edilsin.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 noyabr 2016-cı il
Azərbaycan.- 2016.- 20 noyabr.- S. 2.