Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2, I kitab, maddə 202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr 835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249) aşağıdakı dəyişikliklər edilsin:
1. 319.1-ci maddədə “biletsiz” sözü “müvafiq qaydada ödəniş etmədən” sözləri ilə əvəz edilsin.
2. 320.1-ci maddədə “sərnişinin biletsiz” sözləri “müvafiq qaydada ödəniş edilmədən sərnişinin” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 oktyabr 2016-cı il
Azərbaycan.- 2016.- 22 noyabr.- S. 2.