Hindistan Respublikasının Prezidenti
Zati-aliləri cənab
Pranab Mukherciyə
Hörmətli cənab Prezident,
Uttar-Pradeş ştatında
sərnişin qatarının
qəzaya uğraması
nəticəsində çoxsaylı
insan tələfatı
xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə
əlaqədar Sizə,
həlak olanların ailələrinə və
yaxınlarına, bütün
Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir,
yaralananların və
xəsarət alanların
tezliklə sağalmasını
arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 noyabr 2016-cı il.
Azərbaycan.- 2016.- 22 noyabr.- S. 1.