Bakıdan Seula: OANA-ya sədrlik AZƏRTAC ilə Yonhap arasında əlaqələrin inkişafı üçün unikal imkandır

 

Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Park No-Hvanq AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Cənab Park No-Hvanq, sizi təbrik edirik. Azərbaycana səfəriniz dost Koreya Respublikası üçün uğurlu oldu. Bütün tədbirlərində AZƏRTAC-ın Yonhap-ın bir-birini daim dəstəklədiyi OANA-ya 2019-2022-ci illərdə sizin agentlik rəhbərlik edəcək. Bakıda bu qərar qəbul edilərkən kimi hisslər keçirdiniz? Siz bu estafeti AZƏRTAC-dan qəbul edəcəksiniz. Bu barədə deyə bilərsiniz?

- Təşəkkür edirəm. AZƏRTAC Yonhap üçün çox böyük məsuliyyətli dövr başlayır.AZƏRTAC 2016-2019-cu illərdə Asiya Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədrlik edəcək. Ona görə AZƏRTAC-dan böyük gözləntilərimiz var. Agentliyiniz OANA-da əsas rola sahib olacaq. Ümid edirəm ki, AZƏRTAC-ın rəhbərliyi dövründə üzv agentliklər arasında əməkdaşlıq daha da genişlənəcək. Biz Koreyanın xəbər agentliyi olaraq AZƏRTAC-dan sonra quruma sədrlik edəcək məsuliyyəti üzərimizə götürəcəyik.

Bir daha qeyd etmək istərdim ki, bu, agentliklər arasında əlaqələrin yeni məcrada inkişaf etdirilməsi üçün unikal imkandır. AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov ilə görüş zamanı bu barədə səmərəli müzakirələrimiz oldu. Yonhap agentliyinin texniki meneceri OANA-nınMükəmməllikmükafatına layiq görülüb. İndi Yonhap xəbər agentliyi təşkilatın saytı ilə bağlı yeni platforma hazırlayır. Bu, daha səmərəli əməkdaşlıq üçün platformadır.

Bunun vasitəsilə OANA–ya üzv agentliklər bir-birinin xəbərlərindən, videolarından, fotolarından daha rahat istifadə edə biləcəklər. Yonhap həmin platformanı 2018-ci ildə Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarından əvvəl təqdim etməyi planlaşdırır.

Bakı Konqresi xəbər agentlikləri üçün möhtəşəm təməl daşı olacaq

- Azərbaycanın ev sahibliyi etdiyi Dünya Xəbər Agentliklərinin V Konqresi həm gündəliyinin zənginliyi, həm iştirakçı ölkələrin coğrafiyası baxımından dünya mediasında geniş yer alıb. Üç gün ərzində sizin ölkənin mətbuatı da Bakı Konqresinin gedişini diqqətdə saxlayıb. Bu beynəlxalq tədbirin iştirakçısı kimi sizin fikrinizi bilmək maraqlı olardı.

- İlk olaraq qeyd edim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Konqresin açılış mərasimindəki dərin məzmunlu nitqindən çox təsirləndim. Mən bu ölkəni daha da inkişaf etdirmək üçün Zati-alilərinin güclü iradəsini hiss etdim. Prezident İlham Əliyev öz nitqində Azərbaycanın tarixi, mədəniyyəti, coğrafi əhəmiyyəti barədə bir çox dəyərli məlumatlar verdi. Bununla da Konqres iştirakçılarında ölkəniz, dövlətinizin mövqeyi barədə daha aydın təsəvvürlər yarandı.

Onu da qeyd edim ki, bu Konqres xəbər agentlikləri üçün möhtəşəm təməl daşı olacaq. Belə ki, bu mötəbər tədbirdə dünyanın dörd tərəfindən 5 qitəni, 80 ölkəni 130 aparıcı xəbər agentliyini təmsil edən 200 media peşəkarı iştirak edirdi. Konqresi işıqlandırmaq üçün Yonhap xəbər agentliyinin İstanbul bürosunun rəhbəri Bakıya ezam olundu. Saytımızda Konqresin gedişi barədə onun hazırladığı silsilə xəbərlər yerləşdirildi. Agentliyimizdə, həmçinin AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovun müsahibəsi yer alıb. Düşünürəm ki, Koreya ictimaiyyəti bu xəbərlər vasitəsilə Azərbaycan Bakıda keçirilən Konqres barədə geniş məlumat əldə etdilər. Bildiyiniz kimi, bir çox xəbər agentlikləri rəqəmsal dünyada problemlərlə üzləşirlər. Yonhap xəbər agentliyi, eyni zamanda, 24 saatlıq xəbər kanalıdır. Artıq insanlar xəbərləri qəzetlərdən yox, sosial şəbəkələrdən, mobil telefonlardan əldə edirlər. Konqres müasir dövrdə ənənəvi informasiya agentliklərinin üzləşdiyi bu problemlərin həllində dönüş yarada biləcək.

Prezident İlham Əliyev yüksək erudisiyalı, dialoqa açıq dövlət başçısıdır

- Azərbaycan Prezidenti İlham Əliyev Konqres iştirakçılarının bir qrupunu qəbul edərkən siz maraqlı fikir söylədiniz. Dediniz ki, ola bilsin, siz Azərbaycan Prezidenti ilə görüşən ilk Koreya jurnalistisiniz. Görüşdə Prezident İlham Əliyev Azərbaycan-Koreya əlaqələrinin mövcud səviyyəsini yüksək qiymətləndirdi. Bu görüşdən aldığınız təəssüratı bölüşməyinizi xahiş edirik.

- İlk olaraq qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti ilə Konqresin bir qrup iştirakçıları arasında keçirilən görüşdə iştirakım məni çox qürurlandırdı. Prezident İlham Əliyev yüksək erudisiyalı, dərin məntiqə malik, səmimi dövlət başçısıdır. Onun Koreyaya səfəri barədə xatirələri məni çox təsirləndirdi. Prezident İlham Əliyev 2007-ci ildə Koreya Respublikasına dövlət səfərini, 2015-ci ildə isə Koreyanın Baş naziri Çanq Honqvonun Azərbaycana səfərini xatırlatdı. Prezidentin ölkəmiz barədə xoş sözlərini eşitməkdən şərəf duydum. Prezident İlham Əliyev bir çox azərbaycanlının Koreyanın avtomobillərinə elektrik avadanlıqlarına böyük maraq göstərdiyini vurğuladı. Zati-alilərinin qarşılıqlı faydaya əsaslanan ikitərəfli əməkdaşlıqdan daha böyük gözləntilərini onun öz dilindən eşitmək mənə unudulmaz hisslər yaşatdı. Azərbaycan Prezidenti müdrik uzaqgörən siyasətçidir. Onun dialoqa açıq olması, səmimiliyi, suallara aydın sərrast cavabları bütün görüş iştirakçılarında zəngin təəssürat yaratdı. Biz yolboyu bu görüşdən aldığımız təəssüratı bir-birimizlə bölüşdük.

Prezidentin həm açılış mərasimindəki çıxışında, həm bizimlə görüşdə medianın böyük rolu məsuliyyəti barədə fikirləri mənim həmkarlarımın böyük marağına səbəb oldu.

Yonhap AZƏRTAC-ın OANA-ya sədrliyi müddətində qoyacağı ənənələri davam etdirəcək

- AZƏRTAC ilə Yonhap arasında həm beynəlxalq media qurumları çərçivəsində, həm ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri qurulub. Bu əlaqələrin bünövrəsi həmkarınız Aslan Aslanovla Seulda imzaladığınız müqavilə ilə qoyulub. Ötən müddətdə əməkdaşlığın inkişaf etdirilməsi üçün agentliklərimizin göstərdiyi səyləri necə qiymətləndirirsiniz?

- AZƏRTAC Yonhap-ın yalnız bir məqsədi var. Bu məqsəd əməkdaşlığı mümkün qədər genişləndirməkdən ibarətdir. Biz agentliyinizin OANA-ya sədrliyi müddətində qoyacağı ənənələri davam etdirəcəyik. Düşünürəm ki, AZƏRTAC da bizi bu istiqamətdə dəstəkləyəcək. Ümid edirəm ki, biz birgə səylərlə bu təşkilatın nüfuzunu daha da yüksəldəcək, fəaliyyətini təkmilləşdirə canlandıra biləcəyik.

Təbii ki, Azərbaycan ilə Koreya arasında yüksək səviyyəli əlaqələr artıq informasiya sahəsini əhatə edir. Hesab edirəm ki, hər iki agentlik əməkdaşlığın inkişafı üçün yetərincə səy göstərir bu, səmərəli nəticələr verir. Xüsusilə, indiki dövrdə informasiya agentlikləri arasında belə sıx əməkdaşlıq çox önəmlidir. AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov ilə görüşümüzdə əməkdaşlığımızın möhkəmləndirilməsinə dair səmərəli fikir mübadiləsi apardıq. AZƏRTAC Yonhap agentlikləri hər iki ölkənin əsas media qurumları olduğundan bizim əməkdaşlığımız ölkələrimizin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verə bilər. Ümidvaram ki, gələcəkdə həyata keçirməyi nəzərdə tutduğumuz birgə layihələr əməkdaşlığımızı daha da dərinləşdirəcək.

 

Azərbaycan.- 2016.- 22 noyabr.- S. 6.