Uğurlu əməkdaşlıq
ABŞ-ın yeni administrasiyası ilə
də davam etdiriləcək
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də
Amerika Birləşmiş Ştatlarının dövlət
katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri
üzrə müavini xanım Bridcet Brinki qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xanım Bridcet Brinklə bu ilin yayında ikitərəfli münasibətlər, regional məsələlərlə bağlı apardıqları geniş müzakirələri xatırlayaraq ölkələrimiz arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brink ölkəsinin Azərbaycana, bütövlükdə regiona olan güclü dəstəyini qeyd edərək Birləşmiş Ştatların bu istiqamətdə uzun müddət ardıcıl siyasət həyata keçirdiyini vurğuladı.
Görüşdə Azərbaycan
Respublikası ilə Amerika Birləşmiş
Ştatları arasında əlaqələrin hazırkı vəziyyəti
və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
yolları ətrafında geniş fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2016.- 23 noyabr.- S. 1.