Qafqaz Müsəlmanları İdarəsinin
sədri Moskvada Patriarx
Kirillin yubiley mərasimində
iştirak edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin 70 illik yubileyi münasibətilə Müqəddəs Məsih məbədində keçirilən təntənəli mərasimdə iştirak edib.
Mərasimdə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.
Prezident Vladimir Putin Patriarx Kirilli yubileyi münasibətilə
təbrik edərək
bildirib ki, Rus Pravoslav Kilsəsi
digər ənənəvi
konfessiyalarla birlikdə
Rusiya xalqının və dövlətinin başlıca mənəvi
dayağıdır. Prezident əlavə
edib ki, bu, dünya birliyinin mürəkkəb
çağırışlarla üzləşdiyi, ölkələr
və xalqlar arasında qarşılıqlı
anlaşmaya və həmrəyliyə ehtiyac
duyulduğu bir vaxtda xüsusilə vacibdir. Rus Pravoslav Kilsəsinin
rəhbərinin bütün
ənənəvi dinlərin
nümayəndələri ilə
səmərəli əməkdaşlıq
etdiyini vurğulayan Prezident salonda əyləşən müxtəlif
dinlərin nümayəndələrini
salamlayıb.
Rusiya dövlətinin
başçısı birinci
dərəcəli “Vətən
qarşısında xidmətlərə
görə” ordenini Moskvanın və bütün Rusiyanın Patriarxına təqdim edib. Prezident yubilyara 3570 kəhrəba
elementdən məxsusi
olaraq hazırlanmış
panno təqdim edib.
Yubiley tədbirində
Moskvada işgüzar səfərdə olan
Belarus Prezidenti Aleksandr
Lukaşenko, Rusiya Hökumətinin başçısı
Dmitri Medvedev və başqaları
da çıxış
ediblər.
AZƏRTAC
Azərbaycan.- 2016.- 23 noyabr.- S. 5.