Bakıda şəhərsalma
ilə bağlı dünyanın ən mühüm
və genişmiqyaslı layihələri həyata keçirilir
Bakı
Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq
Daşınmaz Əmlak və İnvestisiya sərgisi
keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 23-də sərgi ilə tanış olublar.
Əmlak Məsələləri Dövlət Komitəsi, “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində Azərbaycan ilə yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan və Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri nümayiş olunur.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov dövlətimizin başçısına komitənin stendi haqqında məlumat verdi. Burada son illərdə Azərbaycanda əmlak-torpaq idarəçiliyi və özəlləşdirmə sahəsində əldə olunan nailiyyətlər nümayiş etdirilir. Dövlətimizin başçısına Əmlak Məsələləri Dövlət Komitəsinin məhsulu olan Ünvan Reyestri İnformasiya Sisteminin məlumatları əsasında hazırlanmış ilk milli naviqasiya sistemi - AzNav barədə məlumat verildi. Naviqasiya sistemi iki komponentdən - Naviqasiya Proqramı və Naviqasiya Xəritəsindən ibarətdir. Həm onlayn, həm də oflayn rejimdə işləmək imkanlarına malik bu sistem Android, iOS, Windows CE əməliyyat sistemlərində olan bütün növ mobil cihazlarda, eyni zamanda, telefon və planşetlərdə çalışır. Naviqasiya sistemi Azərbaycan dili ilə yanaşı, ingilis, rus, alman, ərəb, türk, fransız, italyan və digər xarici dilləri də dəstəkləməklə çoxfunksiyalı imkanlara malikdir. Stenddə özəlləşdirmə prosesi, yaradılmış investisiya mühiti, daşınmaz əmlakın dövlət reyestri sahəsində innovasiyalar, əmlak xidmətləri üzrə elektron və onlayn imkanlar, ünvan-naviqasiya sistemi və digər iri layihələr barədə əyani məlumatlar çatdırılır. Həmçinin özəlləşdirmə prosesini daha optimal, rahat şəkildə həyata keçirmək üçün yaradılmış özəlləşdirmə portalında hərraca çıxarılan əmlaklar və onlara sifariş qaydaları, eləcə də hərrac prosedurları barədə məlumat verilir.
Sərgidə İspaniyanın CHG şirkəti də təmsil olunur. 1972-ci ildən fəaliyyət göstərən şirkət burada “OLİVA NOVA Beach and Golf Resort” layihəsini təqdim edir.
Sərgidə Portuqaliyanın “Mare Asset” şirkəti də öz layihələrini nümayiş etdirir.
Azərbaycan Prezidenti İlham
Əliyev şirkətin
stendi ilə tanış oldu.
Bildirildi ki, şirkət daşınmaz əmlakın
idarə olunması ilə bağlı Avropa bazarında uğurla fəaliyyət göstərir. Şirkət, həmçinin Portuqaliyada daşınmaz əmlaka sahib olmaq istəyənlərin istiqamətləndirilməsi,
sənədləşmə işinin təşkili və daşınmaz əmlakla bağlı digər məsələlər
sahəsində də
müştərilərə xidmətlər təklif edir.
Dövlətimizin başçısı “Onur Park Life” layihəsi ilə də tanış oldu.
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər” pavilyonuna
da baxdı. Bu pavilyon maraq göstərilən stendlər
sırasındadır. Bu, “Bakı Ağ
Şəhər” layihəsinin
2011-ci ildə “Oil and Gas” sərgisindən
sonra Azərbaycanda iştirak etdiyi ikinci sərgidir. Ağ Şəhərin 10 rayonundan
8-i tamamilə təmizlənərək,
şəhər təsərrüfatında
istifadə üçün
yararlı vəziyyətə
gətirilib. Beş
il ərzində
buradan 700 min kubmetr çirkli torpaq daşınaraq, ərazi tamamilə təmizlənib.
“Fransız məhəlləsi”
adı ilə tanınmış “Yaşıl
Ada” rayonu ilk sakinlərini qəbul etməyə hazırlaşır.
“Yaşıl Ada”da layihələndirilmiş
Paris evlərinin tikintisi,
habelə yol və kommunikasiya infrastrukturlarının inşası
başa çatmaq üzrədir. Rayonun
eksklüziv yaşayış
kompleksi sayılan
“Knightsbridge Residence”in tikintisinə
də start verilib. Beş yaşayış binası,
biznes mərkəzi və məktəbdən ibarət kompleksdə yaşıl zonalar da nəzərdə tutulub. Bu, son illərdə Bakıda şəhərsalma ilə
bağlı həyata
keçirilən ən
mühüm və genişmiqyaslı layihədir.
Layihənin reallaşdırılması nəticəsində dünyanın
ən gözəl şəhərlərindən biri
olan Bakının siması daha da müasirləşəcək.
Azərbaycanın daşınmaz əmlak sektorunun nəhənglərindən
olan “Yeni Həyat” Şirkətlər
Qrupu da sərgidə uğurla təmsil olunur. 2002-ci ildə yaradılan, öz ideyaları və novatorluğu ilə fərqlənən
“Yeni Həyat” Azərbaycanın tikinti bazarında ən qabaqcıl şirkətlərdəndir.
Şirkət Avropanın bir
çox qurumları ilə əməkdaşlıq
etməklə ən müasir texnologiyaların
tətbiqində zəngin
təcrübə qazanıb.
Dövlətimizin başçısı burada “AZİNKO HOLDİNQ” MMC şirkətinin
stendi ilə də tanış
oldu.
2006-cı ildən fəaliyyətə
başlayan şirkətinin
tərkibinə əsasən
tikinti üzrə fəaliyyət göstərən
firmalar daxildir. Yarandığı vaxtdan “AZİNKO HOLDİNQ” MMC otel
və çoxmərtəbəli
yaşayış binalarının,
komplekslərin, ticarət
və biznes mərkəzlərinin, xəstəxanaların,
villaların və digər mülki obyektlərin tikintisi ilə məşğuldur.
Prezident
İlham Əliyevə
şirkət tərəfindən
Bakıda inşa olunan 50 mərtəbəli
iş mərkəzi barədə məlumat verildi. Bildirildi ki, binanın
inşasına 2013-cü ildə
başlanılıb. Hazırda 49-cu mərtəbənin inşası
davam edir. Binanın gələn il istifadəyə
verilməsi nəzərdə
tutulur.
Regionda nümunəvi
şəhərsalma layihəsi
olan “AAAF Park” yaşayış
kompleksi də sərgidə yeni layihələrini təqdim
edir. Burada “Astara AAAF Park” və
Gənclər şəhərciyi
layihələri maraqla
qarşılanır. Çoxfunksiyalı,
müasir yaşayış
binaları, ailəvi istirahət və uşaq əyləncə mərkəzləri, o cümlədən
idman komplekslərinin birgə harmoniyasından ibarət “AAAF Park” yaşayış
kompleksi ölkəmizin
daşınmaz əmlak
bazarının nəhənglərindən
biri hesab edilir. Kompleksdə sakinlərin işlə
təmini də nəzərdə tutulur.
Şirkətin layihələri əsasən
regionlarda inşa edilir və ilk layihə Xırdalan şəhərində reallaşdırılıb.
Bu layihələrin bölgələrdə icra
olunması ümumilikdə
regionların sosial-iqtisadi
inkişafına töhfələr
verir.
“Asteco” şirkətinin stendi ilə tanış olan dövlətimizin başçısının diqqətinə
çatdırıldı ki,
əsası Dubayda qoyulan şirkət 30 ildən artıqdır fəaliyyət göstərir.
Şirkətin Böyük Britaniyada,
Fransada, Almaniyada, Türkiyədə, Rusiyada,
Çində, Avstraliyada
və digər ölkələrdə ofisləri
fəaliyyət göstərir.
Şirkət Azərbaycanda da
fəaliyyətə başlamağı
planlaşdırır. Yaşayış binalarının, iqamətgahların və ofislərin satışı
ilə məşğul
olan şirkət sərgidə dörd layihəsini təqdim edir. Bu layihələrin
üçü Dubayda,
biri Abu-Dabidə icra olunur. Şirkət
beynəlxalq səviyyədə
daşınmaz əmlak
əldə etmək istəyənlərə xidmətlərini
təklif edir.
Türkiyə sərgidə 5 şirkətlə
təmsil olunur. Bunlar “Dövlət
Daşınmaz Əmlak-Mənzil
Müştərək İnvestisiya”
MMC, həmçinin əmlak
layihələrinin satışı
şirkəti, “Tahincioğlu”,
“Ağaoğlu” və
“Özak” özəl şirkətlərdirlər. Şirkətlər yaşayış və inzibati binalarının tikintisi ilə məşğuldur.
Bu şirkətlər sərgiyə Türkiyə
Nazirlər Kabineti yanında Sosial Mənzil Baş İdarəsi tərəfindən
cəlb olunub.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva 330 hektarlıq ərazini əhatə edən
“Dreamland”-“Xəyal Adası”
yaşayış kompleksinin
stendi ilə də tanış
oldular.
“Xəyal Adası”
yaşayış kompleksi
şəhərkənarı sakitlik ilə müasir həyat tərzini özündə
cəmləşdirir. Burada
394 müasir ev
və fərqli zövqlərə uyğun
olaraq inşa edilmiş 7 üslubda 234
villa mövcuddur. On bir süni gölün
yaradıldığı və
hektarlarla yaşıllıq
zolaqlarının salındığı
“Xəyal Adası” yaşayış kompleksi artıq növbəti ilin fevral ayında
ilk sakinlərini qəbul
edəcək. Burada həm
də müasir
“SABİS Sun” beynəlxalq məktəbi
və müasir tələblərə cavab
verən qolf sahəsi fəaliyyət göstərir. Üç yaşdan
yuxarı uşaqlara ingilis dilində təhsil verən bu məktəb “Xəyal Adası” daxilində 67 min kvadratmetr
sahəyə malik şəhərcikdə yerləşir.
Şəhərciyin birinci mərhələsinə
uşaq bağçaları
və ibtidai məktəblər üçün
akademik binalar, mini-gimnaziya və oyun meydançası daxildir.
Noyabrın 24-dək davam edəcək
bu mühüm sərgi
həm yerli, həm də beynəlxalq
müstəvidə daşınmaz əmlak sektoruna
aid nüfuzlu şirkətləri,
brend layihələri, potensial
əmlak investorlarını Azərbaycanda vahid
platformada toplayıb.
Azərbaycan.- 2016.- 24 noyabr.- S. 1,
2.