I Avropa
Oyunları yay olimpiya
oyunlarından da yüksək səviyyədə
keçirildi
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də
Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar
Boriçiçi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Bakıya birinci Avropa Oyunları zamanı səfərini xatırlayan qonaq Oyunların hətta Olimpiya Oyunlarından da yüksək səviyyədə keçirildiyini, ölkəmizə gələn xarici qonaqların buradan çox gözəl xatirələrlə ayrıldığını qeyd edərək, bu cür tədbirlərin keçirilməsinin Azərbaycanın gələcək inkişafı üçün gözəl bir investisiya olduğunu vurğuladı. 2017-ci ildə Bakıda qadınlar arasında Voleybol üzrə Avropa Çempionatının final mərhələsinin keçirilməsi barədə qərarın önəmini diqqətə çatdıran Aleksandar Boriçiç tədbirin ölkəmizdə uğurla təşkil ediləcəyinə ümidvar olduğunu dedi və bu işlərə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Azərbaycanda idmanın
inkişafına böyük önəm verildiyini deyən Prezident İlham Əliyev bütün
idman tədbirlərinin yüksək səviyyədə
təşkili üçün ölkəmizin
böyük səylər göstərdiyini
vurğuladı. Bakıda keçirilən birinci
Avropa Oyunlarının əhəmiyyətindən
danışan dövlətimizin başçısı qeyd etdi ki,
ölkəmiz bu Oyunların Yay Olimpiya Oyunlarından da yüksək səviyyədə təşkilini
qarşısına məqsəd qoymuşdu
və buna nail oldu. Azərbaycan
komandasının 2016-cı il Rio Olimpiya Oyunlarında
medalların sayına görə dünya
ölkələri arasında 15-ci yeri tutduğunu deyən dövlətimizin
başçısı bunun böyük uğur olduğunu qeyd etdi. Ölkəmizdə idmanın təbliğinə,
həmçinin müxtəlif beynəlxalq tədbirlərin təşkilinə böyük
diqqət yetirildiyini vurğulayan
Prezident İlham
Əliyev qadınlar arasında Voleybol
üzrə Avropa Çempionatının final mərhələsinin də Azərbaycanda
uğurla keçiriləcəyinə, tədbirin
mühüm beynəlxalq idman
hadisəsinə çevriləcəyinə əminliyini ifadə
etdi.
Azərbaycan.- 2016.- 24 noyabr.- S. 2.