İon Aleksandru Giboi: Əminəm ki,
Bakı Konqresində aparılan müzakirələrin çox uğurlu nəticələri
olacaq
Planetimizin
bütün qitələrindən media nəhənglərinin
təmsil olunduğu Dünya Xəbər Agentliklərinin V
Konqresində müasir dövrdə kütləvi informasiya
vasitələrinin üzləşdiyi
çağırışların həlli yolları ilə
bağlı faydalı fikir mübadilələri
aparıldı. Daim dəyişən və inkişaf edən
müasir medianın informasiya təminatında işinin təkmilləşdirilməsinə
dair mövzuların müzakirəsi təqdirəlayiqdir.
Dünya xəbər agentliklərinin görüşü
üçün çox yaxşı platforma olan V Konqres həm
də səmərəli təcrübə mübadiləsinin
aparılması baxımından bizə yaxşı fürsət
yaratdı. Əminəm ki, Konqresdə aparılan müzakirələrin
çox uğurlu nəticələri olacaq.
Bakı
Konqresində iştirak edən Rumıniyanın AGERPRES milli xəbər
agentliyinin baş direktoru İon Aleksandru Giboi AZƏRTAC-ın
xüsusi müxbirinə müsahibəsində belə deyib.
Baş
direktor V Konqresin və Asiya-Sakit Okean Ölkələri
İnformasiya Agentliklərinin XVI Baş Assambleyasının
bütün iştirakçılarının hər iki tədbirin
təşkilatçılıq səviyyəsindən
çox razı qaldıqlarını bildirib. O, qonaqpərvərliyə
və yüksək səviyyəli təşkilatçılığa
görə Azərbaycan Prezidentinə, Heydər Əliyev
Fonduna və AZƏRTAC-a minnətdarlıq edib.
İon
Aleksandru Giboi Prezident İlham Əliyevin beynəlxalq tədbirlərin
açılış mərasimindəki nitqində vacib məsələlərə
toxunduğunu, dövlət başçısının
konkret faktlara əsaslandığını vurğulayıb.
AGERPRES-in
baş direktoru deyib: “Bu, mənim Azərbaycana ilk səfərim
deyildi. Azərbaycana hər dəfə
səfər edəndə
gördüyüm dəyişikliklər
məni heyran edir. Bakı mənim ən
çox sevdiyim şəhərlərdən biridir.
Rumıniya üçün
dost ölkə olan Azərbaycan zəngin mədəniyyətə, qədim
tarixə malikdir. Bütün bunlar, xüsusilə də Azərbaycanın turizm potensialı daha çox təbliğ olunmalıdır.
Bakıda keçirilən belə mötəbər tədbirlər həm də bu baxımdan
çox yaxşı imkanlar yaradır”.
AZƏRTAC
Azərbaycan.- 2016.- 24 noyabr.- S. 3.