Venki Venkateş:
Bakı Konqresi xəbər agentlikləri
arasında əlaqələrin möhkəmlənməsinə
mühüm töhfə verdi
Bakıda
keçirilən Dünya Xəbər Agentliklərinin V
Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya
Agentlikləri Təşkilatının (OANA) XVI Baş
Assambleyası xəbər agentlikləri arasında əlaqələrin
möhkəmlənməsinə mühüm töhfə verdi.
Bu fikri Hindistanın PTI xəbər agentliyinin baş direktoru Venki Venkateş AZƏRTAC-a müsahibəsində səsləndirib.
“Tədbirlərdə dünyanın hər yerindən aparıcı xəbər agentliklərinin nümayəndələri iştirak edirdi. Biz Bakıda yüksək səviyyədə təşkil olunan konqresdə təcrübələrimizi paylaşdıq, gələcək əməkdaşlığın bünövrəsini qoyduq”, - deyə V.Venkateş vurğulayıb.
Təşkilatçılara minnətdarlığını
bildirən hindistanlı qonaq
AZƏRTAC-ın Dünya Xəbər
Agentliklərinin V Konqresinə uğurla sədrlik
edəcəyinə əminliyini diqqətə
çatdırıb.
Azərbaycan.- 2016.- 24 noyabr.- S. 3.