Horadizin yeni cah-calalı

 

Müharibənin xarabalıqları üzərində qurulan şəhər

 

Ermənistan silahli qüvvələri Qarabağ savaşında bu yerləri iki dəfə odlara qalayıb viran qoyub. Birinci dəfə Füzuli rayonu işğal ediləndə, ikinci dəfə isə ordumuzun uğurlu əməliyyatı sayəsində 1994-cü ilin yanvarında Horadiz daxil olmaqla 22 yaşayış məntəqəsi işğaldan azad ediləndə. Xain xislətli ermənilər gücləri çatan qədər hər yeri dağıtmış, ərazini xarabalığa çevirmişdilər. Dövlətimizin qüdrəti, dövlət başçısının qayğısı sayəsində sanki bu bölgədə möcüzə baş verdi. Horadizin xarabalıqları üzərində gözəlliyi, yaraşığı, malik olduğu sosial infrastrukturu ilə Avropa şəhərlərindən seçilməyən müasir bir şəhər ucaldıldı.

Respublika Prezidenti İlham Əliyevin bu cəbhə bölgəsinə xüsusi qayğı diqqəti düşmənlə təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalinin həyat firavanlığını, məişət rahatlığını təmin edir, hər kəsdə qələbəyə, işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə inam yaradır. Dövlət başçısının Füzuli rayonuna hər səfəri bölgədə əhvali-ruhiyyəni, döyüş ruhunu artırır. Noyabrın 12-də gerçəkləşən səfər tamamilə nikbin notlara köklənmişdi. Əlbəttə, bu, təsadüfi deyildi. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev rayon ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində yaradılmış şəraitlə tanış oldu. Əsgər zabitlərlə görüş aprel döyüşlərində işğaldan azad edilmiş ərazidə reallaşdı. Bax, elə bu qürurverici məqam hər kəsi ruhlandırır, sözlə əməlin üst-üstə düşdüyünü təsdiqləyirdi. Döyüşçülər qarşısında çıxış edən Ali Baş Komandan demişdir: “Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçıdan azad edilmişdir...

1994-cü ilin yanvar ayında Füzuli rayonunda uğurlu əməliyyat keçirilmişdir. 22 kənd işğalçılardan azad edilmişdir. Bu, böyük tarixi qələbə idi. Aprel döyüşləri növbəti tarixi qələbədir. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır biz bu gün hələ işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq.

Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır”.

Prezident İlham Əliyevin Füzuliyə səfərindən sonra bölgədə bayram əhvali-ruhiyyəsi davam edir, xoş ovqat yaşanır. Dövlət başçısının Füzuliyə hər səfəri rayonun sosial-iqtisadi inkişafına güclü təkan verir, əhalinin həyat şəraitinin daha da yaxşılaşmasını, çox sayda yeni yerlərinin açılmasını şərtləndirir.

Dövlət başçısının fəaliyyətində qaçqın məcburi köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdırmaq bu gün prioritet istiqamət olaraq qalır. Bu qayğının ifadəsidir ki, Prezident səfər zamanı 400 evdən ibarət yeni qəsəbənin açılışında iştirak etdi. Yeni qəsəbənin ərazisi bütövlükdə 447 hektar sahəni əhatə edir. Qəsəbədə 120 yerlik uşaq bağçası, 320 şagird yerlik məktəb, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası inşa edilmişdir. Qəsəbənin elektrik, qaz, içməli suvarma suyu ilə təchizatı yüksək səviyyədədir. Burada bütün zəruri infrastruktur yaradılmışdır. Sayca 95-ci olan bu qəsəbə dövlətin göz önündə olan möhtəşəm qayğısının göstəricisidir.

Füzuli rayonu təhsil şöbəsinin müdiri Ramella Məmmədova doğma yurdundan, isti ocağından perik salınmış insanlara yaşamaq həvəsi verən dövlətin davamlı qayğısından minnətdarlıqla söhbət açır:

- Respublika Prezidenti İlham Əliyevin Füzuliyə hər gəlişi bölgədə gerçək bayram ab-havası yaradır. Dövlət başçısı hər gəlişi ilə bizlərə yeni-yeni töhfələr bəxş edir. Budəfəki səfərin sevinci isə daha böyükdür. Ordumuzun aprel döyüşlərindəki uğuru hələ yaddaşlarda xoş xatirə kimi qalır. Qəhrəman Azərbaycan əsgəri nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Müharibə qansız-qadasız olmur. Şəhid versək , ürəyimiz qürurla doludur. Böyük bir ərazi işğaldan azad edildi. Bu həm Ermənistanın siyasi rəhbərliyinə açıq mesaj idi ki, qədər gec deyil, reallığı dərk edin, bizim torpaqlardan çəkilib gedin. Yoxsa, sizi qarşıda aprel döyüşlərindən betər ağır durum gözləyir.

Dövlət başçısının səfərindən ən çox sevinc payı bəlkə rayonun müəllim şagirdlərinə düşür. Prezident İlham Əliyev bizə yaraşıqlı, müasir tipli məktəb hədiyyə etdi. Məktəb lazım olan avadanlıqlarla ən yüksək səviyyədə təmin olunmuşdur. İndiyədək ağır şəraitdə çalışmış müəllimlər , şagirdlər bundan sonra geniş, işıqlı isti siniflərdə dərs keçəcəklər. Biz bu qayğını minnətdarlıqla qarşılayır yüksək dəyərləndiririk. Eyni zamanda, üzərimizə böyük məsuliyyət yükünün düşdüyünü dərk edirik. Bilikli, savadlı, eyni zamanda, vətənpərvər yeni nəsil yetişdirmək üçün bütün enerjimizi sərf etməliyik.

Dövlətin qayğısından güc alan bölgə sakinləri Horadizi başdan-başa yenidən qurublar. Onlar erməni faşistlərin yaratdığı xarabalıqlar üzərində gözəl görkəmi ilə baxanı heyran qoyan yaraşıqlı bir şəhər ucaldıblar. Burada görülən hər işin mayasında gerçək bir can yanğısı, fəal vətəndaş mövqeyi var. Əkilmiş hər yaşıl tingə, hər gül koluna qayğı ilə qulluq edilir, daş üstə həvəslə qoyulan daş göz oxşayan yaraşıqlı binalara çevrilir. Dövlətin iqtisadi qüdrəti, dövlət başçısının bu cəbhə bölgəsinə xüsusi qayğı və diqqəti sözün həqiqi mənasında, Horadiz möcüzəsini yaratmışdır. 1994-cü ildə Horadiz və digər yaşayış məntəqələri erməni silahlılarından azad ediləndə burada bir dənə də olsun salamat ev yox idi. O günün mənzərəsi göz ağrıdır, ürək göynədirdi. Ərazidən qovulan düşmən hirsini-hikkəsini sanki daşdan-divardan çıxmış, heç nəyə acımadan bütün evləri uçurmuş, hər yeri od vurub yandırmışdı. Horadizdən bizə qalan uçuq evlərin yanıb qaralmış divarları və kül təpələri idi. Horadizin o gününü görənlər şəhərin bugünkü mənzərəsi ilə müqayisədə istər-istəməz heyrətlərini gizlətmir, “Bu ki, gerçək bir möcüzədir” deyirlər. Bəli, bu, həqiqətən, möcüzədir və onu müstəqil Azərbaycan dövləti yaradıb.

Parkları, xiyabanları, abad küçə və prospektləri, genişrahat asfalt yolları ilə müasir Avropa şəhərindən seçilməyən Horadizdə sosial layihələr də uğurla həyata keçirilir. Dövlət başçısının təşəbbüsü ilə həyata vəsiqə alan yeni-yeni layihələr hesabına Horadizdə əhalinin həyat şəraiti sürətlə yaxşılaşır, şəhər sakinlərinin faydalı məşğulluğu təmin olunur. Prezident əvvəlki səfərində Horadizdə tikiş fabrikinin açılışında iştirak etmişdi. Bu dəfə isə “Azərxalça” ASC-nin ilk filialının -xalça kombinatının açılışı oldu. Filialda 160 toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi çalışır. Dövlət başçısının sərəncamı ilə yaradılan “Azərxalça” şirkəti ilk filialını məhz Horadizdə açır. Əlbəttə, bu, təsadüfi deyil. Məqsəd qədim xalçaçılıq sənətini yaşatmaq, Azərbaycan xalçasının şöhrətini dünyaya yaymaqdır. İlk filialın məhz Füzulidə açılması isə bir tərəfdən Qarabağ xalçaçılıq məktəbinə verilən dəyərdirsə, digər tərəfdən bu cəbhə bölgəsində əhalinin işlə təmin olunmasına göstərilən qayğıdır.

Burada demək olar ki, güllə səsləri tez-tez eşidilir, atəşkəs hər gün pozulur. Amma Füzulidə həyat öz axarı ilə davam edir. Ordusuna inanan, onun gücünə, qüdrətinə güvənən bölgə sakinlərinin əli qətiyyən işdən soyumur. Təsərrüfat işləri, abadlıq, quruculuq inamla davam etdirilir. Burada hər kəs birmənalı şəkildə inanır ki, respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi müdrik siyasət, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyan etdiyi dəyişməz, prinsipial və qətiyyətli mövqe hesabına işğal altındakı torpaqlarımız tezliklə azad ediləcəkdir. O gün uzaqda deyil!

 

Lazım QULİYEV,

 

Azərbaycan.- 2016.- 24 noyabr.- S. 5.