NATO PA-da erməni yalanı bir daha ifşa
edildi
Ermənistanın beynəlxalq miqyasda
aldığı növbəti
zərbə Azərbaycan
diplomatiyasının uğurları
sırasına yazıldı
Təcavüzkar Ermənistan dövlətinin
müxtəlif səviyyələrdə
ifşası davam edir. Bu dəfə Ermənistanın
beynəlxalq hüquq norma və
prinsiplərinə məhəl
qoymayan işğalçı
dövlət olması
NATO Parlament Assambleyasının
(PA) İstanbulda keçirilən
62-ci sessiyasının qətnaməsində
öz əksini tapdı. Bu, Ermənistanın
beynəlxalq miqyasda aldığı daha bir zərbə olmaqla yanaşı, Azərbaycan diplomatiyasının
növbəti uğuru
kimi qiymətləndirilməlidir.
Türkiyə Böyük Millət Məclisinin evsahibliyi etdiyi sessiyada ölkəmizi Milli Məclis Sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə
heyətinin rəhbəri
Ziyafət Əsgərovun
başçılıq etdiyi
nümayəndə heyəti
təmsil edib. Dörd gün
davam edən sessiyada müzakirələr
Parlament Assambleyasının
Siyasi, Müdafiə və təhlükəsizlik,
İqtisadiyyat və təhlükəsizlik, Elm və
texnologiyalar komitələrində
aparılıb. Məruzələr
ətrafında çıxışlarda
ölkələrin ərazi
bütövlüyünün qorunması, sərhədlərin
toxunulmazlığı, münaqişələrin
qarşısının alınması,
qaçqın və məcburi köçkünlərin
zəruri ehtiyaclarının
ödənilməsi, onların
müvəqqəti yaşayış
yerləri ilə təmin edilməsi, bu qəbildən olan insanların hüquqlarının qorunması,
ayrı-seçkilik hallarına,
həmçinin terrorçuluğun
bütün növlərinə
qarşı mübarizədə
ikili standartlara yol verilməməsi, bütün bu proseslərə NATO-nun təsir
imkanlarının genişləndirilməsi
yolları müzakirə
olunub.
Sessiya çərçivəsində keçirilən müzakirələrdə
fəal iştirak edən deputatlarımız
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
səbəb və nəticələri, BMT Təhlükəsizlik
Şurasının, o cümlədən
digər beynəlxalq təşkilatların münaqişənin
həlli və ölkəmizin ərazi bütövlüyünün tanınması
ilə bağlı qəbul etdikləri qərar və qətnamələrinin indiyədək
yerinə yetirilməməsi,
erməni terror təşkilatlarının
Azərbaycan xalqına
qarşı törətdikləri
çoxsaylı terror aktlarının
acı nəticələri,
eləcə də digər məsələlər
barədə ətraflı
məlumat veriblər.
İclaslarda dəfələrlə vurğulanıb ki, müasir dövrdə beynəlxalq məsələlərlə
bağlı ədalətsizliklərin
əsasını dünyadakı
ikili standartlar təşkil edir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı
ilə keçirilən
Siyasi komitənin iclasına Azərbaycan nümayəndə heyətindən
Milli Məclisin İctimai birliklər və dini qurumlar
komitəsinin sədri
Siyavuş Novruzov qatılıb. Dünyada sülhün və
sabitliyin bərqərar
olunmasında, münaqişələrin
qarşısının alınmasında,
terrorla mübarizədə,
qaçqın və məcburi köçkünlərin
müvəqqəti məskunlaşdırılmasında
Türkiyənin mövqeyini
iştirakçılara çatdıran
M.Çavuşoğlu təmsilçilərin
suallarını cavablandırıb.
Ermənistan nümayəndəsinin təxribat xarakterli sualına cavab verən nazir onu yalan danışmaqda
ittiham edib. Siyavuş Novruzov isə mövzu ətrafında, o cümlədən
ASALA erməni terror təşkilatının
Azərbaycanda və Türkiyədə çoxlu
sayda terror aktı törətməsi, işğalçı
Ermənistanın əsassız
ərazi iddiaları və s. məsələlər
barədə fikirlərini
bildirib. Milli Məclisin komitə sədrinin terrorla mübarizədə NATO üzvlərinin
Türkiyəyə hansı
səviyyədə dəstək
verməsi barədə
sualına cavabında
M.Çavuşoğlu saxta
“erməni soyqırımı”,
təcavüzkar Ermənistanın
Azərbaycana qarşı
işğalçılıq siyasəti, Xocalı soyqırımı, erməni
terror təşkilatlarının türk diplomatlarına qarşı həyata keçirdikləri ağır
terror aktları ilə
bağlı həqiqətləri
iştirakçılara çatdırıb.
Nazir vurğulayıb ki, Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarından
çıxarılmayanadək Türkiyə təcavüzkar
ölkə ilə əlaqələr qurmayacaq,
o cümlədən sərhədlər
açılmayacaq.
Müdafiə və təhlükəsizlik
komitəsinin iclasında
çıxış edən
Türkiyə Silahlı
Qüvvələrinin Baş
Qərargah rəisi Hulusi Akar isə
erməniləri biabır
edib. Belə ki, erməni
deputat Hulusi Akara yersiz suallar
verməklə yanaşı,
Türkiyə Cümhuriyyətini
İraqın işğal
olunmasında və
İŞİD-ə dəstək verməsində günahlandırmağa
cəhd edib. Hulusi Akar isə çıxışında
bu məsələlərin
hamısına aydınlıq
gətirərək bildirib
ki, əgər bir nəfər Türkiyənin İraqda nə iləsə məşğul olduğunu
sübut edə bilsə, istefa verməyə hazırdır.
Bunun ardınca isə Baş Qərargah rəisi erməni deputatı əxlaqsız,
tərbiyəsiz, şərəfsiz
və mənəviyyatsız
adlandırıb.
Sessiya çərçivəsində
qurumun Müdafiə və təhlükəsizlik
komitəsində suveren
ölkələrin ərazi
bütövlüyünün dəstəklənməsi ilə
bağlı qətnamə
də müzakirəyə
çıxarılıb. YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, ABŞ nümayəndə heyətinin
təşəbbüsü ilə komitədə müzakirə edilən sənədə Ermənistan
nümayəndə heyəti
etirazını bildirsə
də, qətnamə
qəbul olunub. Bir gün sonra isə NATO PA-nın sessiyasında qəbul olunaraq qurumun sənədi statusunu qazanıb. Yəni yekun qətnaməyə
bütün suveren dövlətlərin ərazi
bütövlüyünün qorunması və sərhəd toxunulmazlığına
dair müddəa daxil edilib. Siyavuş Novruzovun sözlərinə
görə, bu, NATO PA
tərəfindən qəbul
edilən ən vacib sənədlərdən
biridir.
Bu, işğalçı Ermənistanın təcavüzkar
siyasətinin beynəlxalq
təşkilatlar tərəfindən
növbəti ifşası
idi. Xatırladaq ki, 2014-cü ildə
Bakıda NATO Parlament Assambleyasının “Cənubi
Qafqaz, Çağırışlar
və imkanlar” mövzusunda keçirilən
86-cı Rouz-Rout seminarı
zamanı da Ermənistan nümayəndə
heyəti aciz duruma düşmüşdü.
Hətta nümayəndə
heyətinin rəhbəri
Koryun Naqapetyan Azərbaycan nümayəndə
heyətinə yalvararaq
erməniləri işğalçı
adlandırmamalarını istəmişdi:
“Mən acizanə surətdə xahiş edirəm. Biz bura
gəlmişik ki, daha müharibə olmasın. Müharibə istəmirik. Ermənistanın müharibəyə nə arzusu, nə də gücü var”.
Bu, erməni deputatın dilindən səslənən
həqiqət idi: nə bu ölkənin
ordusunun, nə də siyasətçilərinin
Azərbaycan Silahlı
Qüvvələrinin, siyasətçilərinin
qarşısına çıxmağa
cəsarəti var. NATO kimi
nüfuzlu təşkilatın
tədbirində erməni
deputatın yalvarışı
Azərbaycanın hərbi
və siyasi gücündən xəbər
verirdi. Dayanıqlı iqtisadiyyata, qüdrətli
orduya, çevik xarici siyasətə malik olan Azərbaycan
dövləti bu gün dünya arenasında söz sahibinə çevrilib.
Birmənalı şəkildə deyə bilərik ki, regionda maraqları
olan istənilən dövlət və ya beynəlxalq təşkilat Cənubi Qafqaza dair siyasətini
rəsmi Bakının
mövqeyinə uyğun
formalaşdırır, bütün
məsələlərdə Azərbaycan rəhbərliyinin
fikrini əsas götürür.
Yalanla, hiylə ilə dünya birliyini çaşdırmağa can atan
işğalçı ölkənin
rəhbərliyi və
diplomatları mötəbər
təşkilatlarda Azərbaycan
həqiqətləri qarşısında
aciz duruma düşürlər. Azərbaycan Prezidenti
İlham Əliyevin çevik diplomatik siyasəti nəticəsində
erməni lobbisinin apardığı bədnam
təbliğat iflasa uğrayır. Bütün beynəlxalq
toplantılarda, forum və
konfranslarda etdiyi çıxışlarda diqqəti
məhz bu münaqişənin həlli
istiqamətinə yönəldən
Prezident İlham Əliyev Ermənistanın
təcavüzkar ölkə
olduğunu Avropa və dünya birliyinə tutarlı arqumentlərlə sübut
edir. Ermənistan prezidenti Serj
Sarkisyan iştirak etdiyi beynəlxalq toplantılarda yalan ifadələri ilə münaqişənin həllinin
uzanmasında Azərbaycanı
günahlandırmağa çalışır.
Lakin hər dəfə Azərbaycanın dövlət
başçısı əsl
həqiqəti söyləyərək
Sarkisyanın yalanını
ifşa edir, onu aciz vəziyyətə
salır.
AŞ PA,
ATƏT PA, NATO PA, QDİƏT PA, İKT PA, TürkPA,
Avronest PA, Avropa Parlamenti və s. kimi nüfuzlu beynəlxalq qurumlarda təmsil olunan Azərbaycan nümayəndə
heyətləri də
daim Ermənistanın
təcavüzkar siyasətini
pisləyən sənədlərin
qəbul edilməsi üçün ciddi səy göstərirlər
və buna nail olurlar. NATO PA-nın
İstanbulda keçirilən
62-ci sessiyasında qəbul
edilən yekun qətnamə də bunu bir daha
təsdiqlədi.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.- 2016.- 25 noyabr.- S. 1.