Sankt-Peterburqda MDB Parlamentlərarası
Assambleyası Şurasının iclası keçirilib
Noyabrın
24-də Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının
payız sessiyası çərçivəsində Assambleya
Şurasının iclası keçirilib.
İclasda Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədov iştirak edib.
Şuranın üzvləri – MDB parlamentlərinin rəhbərləri bir sıra aktual məsələləri nəzərdən keçirib, Parlamentlərarası Assambleyanın hazırladığı sənədləri müzakirə edib və məruzəçilərin çıxışlarını dinləyiblər.
İclasda təşkilati məsələyə
baxılıb, Rusiya Federasiyası Federal Məclisi Federasiya
Şurasının sədri Valentina Matviyenko altıncı dəfə MDB Parlamentlərarası
Assambleyası Şurasının sədri seçilib.
AZƏRTAC
Azərbaycan.- 2016.- 25 noyabr.- S. 2.